Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məmməd Səid Ordubadi

Məmməd Səid OrdubadiQılınc Ve Qelem yazarı
Yazar
9.1/10
68 Kişi
271
Okunma
26
Beğeni
2.491
Görüntülenme

Məmməd Səid Ordubadi Gönderileri

Məmməd Səid Ordubadi kitaplarını, Məmməd Səid Ordubadi sözleri ve alıntılarını, Məmməd Səid Ordubadi yazarlarını, Məmməd Səid Ordubadi yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Bəzən gözəlliyin özü də qadının bədbəxtliyinə səbəb olur.
Dünyada elə adamlar da vardır ki, onlar yalnız elmi söhbətlərdən mənəvi qidalar alırlar.
Reklam
Azərbaycan xalqı dinə və hökumətə qarşı üsyan etmək işinə Babəkin zamanından alışmışdır. Bu barədə Azərbaycan xalqı ən qorxulu xalqdır.
Öylə bir aləmdəyəm, dinara dəyməz mərifət, Elm-ürfan əhlinə zindan kəsilmiş məmləkət.
Siyasətin vəzifəsi aldatmaq, avamın vəzifəsi aldanmaqdır.
Reklam
Sevgilər coşduğu zaman danışılan söhbətlərin və verilən vədələrin o qədər də əhəmiyyəti yoxdur.
-Mən Şimal və Cənubun birliyini təklif edirəm. -Sən, xalqın avamlığını, təriqət və mövhumat içərisində çürüdüyünü heç də nəzərə almırsan. Cənubi və Şimali Azərbaycanın hər kəndində yüzlərcə təriqətlər vardır. Ərəblər və iranlılar xalqın siyasi düşüncəsini çürütmək üçün minlərcə təriqətlər, məzhəblər yaratmışlar. Bu qədər müxtəlif əqidə daşıyan və bir-birini kafir bilən belə bir xalqı asanlıqla barışdırmaq mümkündürmü? -Xəlifələr mövhumatı xalq arasına nə məqsədlə yaymışdırsa, sən də o məqsədlə təriqət və mövhumata qarşı mübarizə aparmalısan. -Ah, bilirəm nə demək istəyirsən, sənin fikrincə Azərbaycan hər əsr başında bir Babəkmi doğacaqdır? Babək bir nəfər idi, gəldi də, getdi də. -Səhv edirsən, tarixin xasiyyəti təkrardan ibarətdir.
-Əmir ilə xəlifənin arasını pozmaq lazımdır. -Tutaq ki, Əmir ilə xəlifənin arasını pozdun. Bununla sən Aranın istiqlaliyyətinimi qazanacaqsan! Bu Əmir gedib, yerinə o biri Əmir gələcəkdir. Bundan başqa, Əmir ilə xəlifənin arasını pozmaq üçün vasitə lazımdır. -Vasitə vardır. Ailəsində xəyanət düzəldəcəyəm. -Yox, Fəxrəddin, bu mübarizə üsulu deyildir. Mən birinin xoşbəxtliyini o birisinin bədbəxtliyi üzərində qurmaq tərəfdarı deyiləm. -Ümumi məsələlər üzərində iş aparıldığı zaman beş-üç nəfərin taleyi haqqında düşünmək gülüncdür. Siyasət qan və qurban tələb edir.
Dünyada elə adamlar vardır ki, onlar yalnız elmi söhbətlərdən mənəvi qidalar alırlar.
Sayfa 98
519 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.