Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Məmməd Səid Ordubadi

Məmməd Səid OrdubadiQılınc Ve Qelem yazarı
Yazar
9.1/10
68 Kişi
271
Okunma
26
Beğeni
2.495
Görüntülenme

Məmməd Səid Ordubadi Yorumları ve İncelemeleri

Məmməd Səid Ordubadi yorumları ve incelemelerini, Məmməd Səid Ordubadi kitabı hakkındaki okur görüşlerini , Məmməd Səid Ordubadi puanlarını 1000Kitap'ta bulabilirsiniz.
192 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 günde okudu
Salam. Bu dəfə bir az gec olsa da, milli ədəbiyyatımızın məhsulu olan “Qanlı Sənələr” əsəri haqqında fikirlərimi bölüşmək istəyirəm. “Qanlı Sənələr” Məmməd Səid Ordubadinin sayılan, seçilən əsərlərindən biridir. Mövzunun məğzi, erməni-müsəlman münasibətlərinin dəhşətli tərəfləri, onların törətdikləri ağır cinayətlərdir, hansı ki tarixi faktlara əsaslanaraq yazılıb. Hətta kitab bir müddət qadağan belə olunmuşdur. 1905-ci ildə baş vermiş erməni-müsəlman qırğını tarixin qanlı səhifələrinə həkk olunub. Bu əsərdə onlar Qafqazda yaşayan müsəlmanlar arasında parçalanma salmağa çalışıblar və bundan ötrü inanılmaz dəhşətlər, cinayətlər törədiblər. Məmməd Səid Ordubadi bu əsəri ərsəyə gətirmək üçün hadisələrin canlı şahidlərindən aldığı məktublardan, faktlardan istifadə etmişdir. Hər şeyi olduğu kimi sübutlarla qələmə alan yazıçı qeyd edir ki, şəhərlər, rayonlar yandırılır, talan edilir, insanlar öldürülür və bu fəlakətlərə yuxarı qurumlar səsini çıxartmır. O, Dəhşətli Bakı qırğınını, Gəncə hadisələrini, Şuşa dəhşətlərini və bir çox şəhərlərdə törədilən cinayətləri təfsilatı ilə oxucuya çatdırmağa çalışıb. Bütün bunları oxuduqca yaxın keçmişdə baş verən Gəncə, Bərdə hadisələri gözümdə canlandı. Onların çirkin məqsədlərinin hüdudlarının dəyişmədiyinə bir daha şahid oldum. Mütləq oxunulacaq kitablardandır. Oxuyun və unutmayın! Xoş oxumalar
Qanlı Sənələr
Qanlı SənələrMəmməd Səid Ordubadi · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 201936 okunma
761 syf.
8/10 puan verdi
·
7 günde okudu
Qılınc və Qələm
Həcmi böyük olan əsərlərə qarşı qorxu olur çox vaxt, oxumağa çəkinir, cəsarət etmirik uzun zaman. Ya sona qədər oxumağa səbrim çatmazsa, ya yarımçıq qoyaramsa... Özüm üçün deyirəm, ən nifrət etdiyim şeylərdən biridir kitabı yarımçıq oxumaq. Bu günə qədər cəmi bircə əsəri yarım qoymuşam, tamamlamağı da düşünmürəm, bunun da müəyyən səbəbləri var.
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005197 okunma
Reklam
192 syf.
·
Puan vermedi
1905-6 erməni - müsəlman davasından bəhs edən kitabı yazıçı 1908-də yazıb bitirir. Bitirdikdən sonra “Tazə Həyat” qəzeti vasitəsilə xalqa müraciət edilir və Bakı milyonçusu olan Murtuza Muxtarovun maliyyə dəstəyi hesabına 1911-ci ildə Haşım Bəy Vəzirovun “ Səda” mətbəəsində ilk dəfə ərəb əlifbası ilə nəşr olunur . Kitab 1905-1906-da baş verən
Qanlı Sənələr
Qanlı SənələrMəmməd Səid Ordubadi · Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı · 201936 okunma
761 syf.
8/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
Kitab 12-13-cü əsrlər Azərbaycanından bəhs edir. Əsərin girişində Azərbaycan xalqı ağır bir müharibədən sonra qəbələni qeyd edir. Lakin müharibənin ağır təsirləri, müharibədə itirdikləri yaxınları xalqı sevinməyə qoymur. Qələbə qazanan tərəf Azərbaycan olsa da, yenə də zərər çəkən Azərbaycan xalqı olur. Kitabın davamında isə Azərbaycan şairləri, hökmdar və xalq arasındakı münasibətlər təsvir olunur. Bunu 2021ci ildə Böyük Vətən müharibəsindən sonra oxumaq insana çox maraqlı təsir bağışlayır, sanki 1946cı ildə yazılmayıb, 12ci əsrdən də bəhs etmir.
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005197 okunma
761 syf.
8/10 puan verdi
·
Beğendi
·
13 günde okudu
Tariximizi bilək...
Spoil ola bilər... Bu əsəri mənə tövsiyə etdiklərində tarixi əsərdir ağır olar falan deyə yükləsəm belə oxumadım. Avqust ayında bəlkədə artıq vaxtıdır deyə oxumağa qərar verdim çünki 1 il idi ki, gecikdirirdim.Və əsəri oxuduqdan sonra düşündüm ki,tarixçi üçün o qədərdə ağır bir əsər deyilmiş...Yəni olmamalı imiş... :)) Əsərdə Atabəylər dövlətinin
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005197 okunma
723 syf.
10/10 puan verdi
·
Beğendi
"Qılınc və Qələm"
Kitab iki cərayəyanda gedən döyüşdən bəhs edir : Elm və Hərb. Bir tərəfə Nizami Gəncəvi, Məhsəti Gəncəvi və digər ziyalı şəxslər elmlə döyüşüb haqsızlıqlara mübarizə apararkən, digər tərəfdə Fəxrəddin və onun silahdaşları silahla mübarizə aparırdı. Kitab Azərbaycanın tarixən ən böyük ərazisinə sahib olan Atabəylər dövlətinin dövründən yazılmış, bu dövrün ziyalıları xüsusiylə görkəmli Şair Nizami Gəncəvi haqqında da kitabda geniş məlumatlar verilmişdir. Oxumağı məsləhət görürəm. The book deals with two current battles: Science and War. On the one hand, Nizami Ganjavi, Mahsati Ganjavi and other intellectuals were fighting ignorance and injustice, while on the other hand, Fakhraddin and his comrades-in-arms were fighting with weapons. The book was written during the period of the Atabeylar state, which has the largest territory in the history of Azerbaijan, and the intellectuals of this period, especially the famous poet Nizami Ganjavi, are given extensive information in the book. I recommend reading. Kitap iki güncel savaşı ele alıyor: Bilim ve Savaş. Bir yandan Nizami Gencavi, Mahsati Gencavi ve diğer aydınlar cehalet ve adaletsizlikle savaşırken, diğer yandan Fahreddin ve silah arkadaşları silahlarla savaşıyordu. Kitap, Azerbaycan tarihinin en büyük topraklarına sahip olan Atabeylar devleti döneminde yazılmıştır ve bu dönemin aydınlarına, özellikle de ünlü şair Nizami Gencevi, kitapta geniş bilgiler verilmektedir. Okumanızı tavsiye ederim.
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017197 okunma
Reklam
624 syf.
8/10 puan verdi
·
10 günde okudu
Ordubadinin oxuduğum ilk əsəri, özünün isə yazdığı sonuncu tarixi romandır. Qılınc və qələm simvolik olaraq sərkərdənin timsalında Fəxrəddinin (Qılınc) və şair Nizami Gəncəvinin (Qələm) yaşadığı mühitdə birgə mübarizələrindən bəhs edir. Qılıncsız qələmin, qələmsiz qılıncın bacara bilmədiyini, gücün hər ikisinin birgə mübarizəsində mövcud olmasını
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri · 2021197 okunma
723 syf.
10/10 puan verdi
·
Beğendi
·
14 günde okudu
Qılınc və Qələm tarixi mövzu haqqında yazılmış kitablardan biridir. Bu kitabda Eldənizlər dövlətinin tarixindən bəhs edir. Eldəniz 1136-1225-ci illərdə mövcud olmuşdur. Əsasını qoyan Şəmsəddin Eldəniz olmuşdur. Ancaq bu kitabda Şəmsəddin Eldənizin dövrü haqqında danışılmır. Onun oğlu və ondan sonra hakimiyyətə keçən Məhəmməd Cahan Pəhləvanın dövrünün son dövrlərindən başlayır. Məhəmməd Cahan Pəhləvan Eldənizlər dövlətinin ən güclü hökmdarlarından biri olmuşdur. Ancaq onun ömründə etdiyi bir səhv Eldənizlər dövlətinin sonuna səbəb olur. Kitab Məhəmməd Cahan Pəhləvandan başlayır Eldənizlərin süqutuna qədər. Cahan Pəhləvandan sonra qardşaşı Qızıl Arslan, sonra oğlu Əbu Bəkr, sonra isə digər oğlu Özbək hakimiyyətdə olmuşdur. Kitabda təkcə hökmdarlardan yox əsas 2 obraz Nizami Gəncəvi və Fəxrəddin haqqında da danışılır. Kitabın adı da bu iki obraz haqqındadır. Qələm Nizami Gəncəvi, Qılınc isə Fəxrəddin nəzərdə tutulur. Nizami Gəncəvi 1141-1209-cu illərdə yaşamışdır. Eldəniz hökmdarları ilə yaxın olmuşdur. Ancaq Fəxrəddin real obraz deyil. Kitabda təkcə Eldənizlər yox, Şirvanşahlar, Xarəzm, Bağdad xilafəti yəni Abbasilərin də adı çəkilir. Kitabda sadəcə tarixi səhvlər var. Bəzi hissələr tarix ilə uyğun deyil. Amma kitab böyük olsa belə, həm mövzu cəhətinə görə, həm də yazım tərzinə görə çox maraqlı və axıcıdı. Hər kəsə tövsiyə edirəm.
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017197 okunma
761 syf.
10/10 puan verdi
·
17 günde okudu
Qılınc və Qələm/ Nizami və Fəxrəddin
Məmməd Səid Ordubadi
Məmməd Səid Ordubadi
yaradıcılığının ən mükəmməl və tarixiliyi ilə diqqət çəkən romanlarından başlıcası sayıla bilər. İstər Atabəylər dövrünün, şahlarını , vəliəhdlərini ,mələkələrini, istərsə də dahi Azərbaycan şairi Nizaminin onun timsalında əsərdə yer alan Xaqani Şirvani, Məhsəti Gəncəvi, Əbu Üla Gəncəvi kimi sənətkarlara tarixi aspektə toxunulub. Əmir
Qılınc Ve Qelem
Qılınc Ve QelemMəmməd Səid Ordubadi · 2005197 okunma
761 syf.
10/10 puan verdi
Roman tarixi janrda yazılmışdır.Yazardan oxuduğum ilk kitab idi amma həddən artıq bəyəndim.Roman iki hissədən ibarətdir. Tarixi roman deyəndə mənim üçün axan sular durur.Sən nə gözəl kitab idin bele. Mövzusu Roman Atabəylər dövlətinin hökmdarları və yazarları ətrafında baş verən hadisələrdən bəhs edir.Atabəylər dövlətinin qüdrətili hökmdarı
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017197 okunma
21 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.