Pərviz Seyidli

İkimiz yazarı
Yazar
6.0/10
2 Kişi
76
Okunma
2
Beğeni
427
Görüntülenme

Hakkında

Unvan:
Yazar ve Senarist

Okurlar

2 okur beğendi.
76 okur okudu.
2 okur okuyor.
11 okur okuyacak.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
Nə gözəldir tanınmadan belə dünyaya, insanlara yardım etmək...
Sayfa 25 - Libra KitabKitabı okudu
- Ən çox bilirsən, kimlərə yazığım gəlir? Tamam ayrı bir kitabın personajıyla evlənən personajlara. Bax, məncə, bu artıq faciədir. İndi fikirləş ki, ciddi bir yazıçının romanından gəlmiş sanballı obraz, bilərəkdən, ya bilməyərəkdən, təsadüfən, ya məcburi şəkildə hansısa bulvar ədəbiyyatı sayılan personajla ailə qurur. Ya da lap götürək böyük, amma bir-birinə zidd olan əsərlərin qəhrəmanlarını. Dostoyevskinin Raskolnikovuyla Dümanın Miledisi sevgilidir (qadın kinayəli şəkildə gülümsünür). Raskolnikovu barmağında oyanadardı Miledi... Belə baxanda nə qədər personaj öz əsərlərindəki obrazları tapa bilməyib başqalarıyla bir yerdədir. Adamın lap yazığı gəlir onlara. - O qədər yalanlar eşidir, o qədər bəhanələr uydurur və o qədər əsası olmayan xəyallar qururuq ki, hardan gəldiyimizi, əslində kim olduğumuzu və niyə yaşadığımızı unuduruq. Hamımız sehrli hərflərdən düzəldilmiş varlıqlarıq. Əslində, öz kitabımızın personajlarını tapmaqdan ötrü yaşayırıq. Şərt o deyil ki, sən kitabın qəhrəmanı olasan, bəlkə də, kitabda balaca epizodik, dekor üçün yazılmış bir obrazsan. Əsas odur ki, yer üzünə düşəndən sonra hansı kitabdan qopub gəlmisənsə, həmin əsərdəki personajları tapa biləsən. Əsl xoşbəxtlik də, məncə budur. - Sən də, mən də personajıq və hansı kitabdan düşmüşüksə, ömrümüz həmin kitabın o biri obrazlarını axtarmaqla keçir. Bəzən tapmaq olur, bəzən də yox. Elə tənha, yarımçıq, naqis şəkildə yaşayırıq. Bəs tapmaq üçün bizə nə lazımdır? Onu mən bilmirəm. Axı mən özüm də hələ tək-tənhayam. Heç kimi tapa bilməmişəm...
Reklam
Reklam