Vaqif Sultanlı

Azərbaycan Ədəbi Tənqidi yazarı
Yazar
Derleyen
5.4/10
11 Kişi
24
Okunma
7
Beğeni
1.350
Görüntülenme

Vaqif Sultanlı Sözleri ve Alıntıları

Vaqif Sultanlı sözleri ve alıntılarını, Vaqif Sultanlı kitap alıntılarını, Vaqif Sultanlı en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Qəbirlər də insanlar kimiymiş, onların da yetimi, yiyəsizi varmış, atalı-analısı varmış, xoşbəxti-bədbəxti varmış"
Sayfa 87
"Niyə insan tuşlandığı yolun səmtinin qəbiristanlıq olmağıyla barışammır, ayağı yer tutan gündən məzara sarı getdiyini unudur? Unudur və bilmir ki, bütün bu dava-dalaş, vuruş ölüm üçündü, ölümü yaxınlaşdırmaq üçündü, ölümün yolunu qət etmək üçündü. İnsan bu yolun mənzili başına yetmək ümün bu dünyayla savaşa çıxdığını da unudur. Unudur və bilmir ki, keçdiyi dolaylar, aşdığı sədlər torpağa qarışmaq üçündü, torpağa layiq olduğunu sübut eləmək üçündü. Bilmir ki, xilqətin bircə yolu var - məzar yolu; böyüklü-kiçikli bütün yer üzü bu yoldadı. Bəs onda başdaşı nə üçündü? Niyə insan izsiz-tozsuz torpağa tapşırılmır? Niyə insanın basdırıldığı yerdə ona başdaşı ucaldılır? Bəlkə başdaşı insanın ömrünə, həyatına, dərdinə ucaldılan abidədi, ömrün davamıdı, ölümdən sonrakı həyatdı? Bəlkə başdaşı təsəllidi, aldanışdı..."
Sayfa 12
Reklam
"Sözün çürüyü"
"Dünyada hər şey çürüyür. Çürüyür və torpağa qarışır. Amma çürümə deyəndə ağla ilk gələn südün çürüməsi olur, nədənsə. Mayasına haram qatılanda süd çürüyür; çürüyür və əslini itirdiyindən yararsız olur. Yarpaqlar da çürüyür, budanmayanda, sulanmayanda, zaval vuranda...əvvəlcə quruyur, sonra çürüyür. Və torpağa qarışır. İnsan da çürüyür. Dərd çəkəndə ürəyi çürüyür. Ayrılıq, həsrət çəkəndə ömrü, günü çürüyür. Öləndəsə cismi çürüyür. Çürüyür və torpağa qarışır. Bir də sözün çürüməyi var. Sözlər də cürbəcür olduğundan onun çürüdülməsi də fərqlidir. Adi sözün çürüdülməsi ağızın allahın yoluna qoyulub gəvəzəlik etməsilə başlayır. Çürükçü- sözü bu cür, çeynəyib- çeynəyib çürüdənlərə verilən addır".
Sayfa 111
Əgər istədiyin kimi yaşaya bilmirsənsə, qismətin müti köləsinə dönüb bircə dəfə yaşayacağın ömrü necə gəldi хərcləməyə məcbur olmusansa, ona həyat demək olarmı, ömür demək olarmı?
"Hiss elədi ki, o uşağa baxanda özünün keçmişini görür, uşaqlığını görür, ömrünün o illərini görür ki, yaşıdlarından fərqli olaraq sevinə bilmirdi, çiyinləri vaxtsız, erkən qayğıların ağırlığına dözmürdü. O, əvvəllər də, indi də uşaq qayğısızlığının, səbəbsiz sevincin nə olduğunu dərk eləyə bilmirdi".
Sayfa 60
"İnsan qürbətdə ölmürmüş, diri-diri torpağa qoyulurmuş; mən diri-diri torpağa qoyulmuşam. Qürbət torpaqda yatdığımı düşünəndə hələ də sümüklərim sızıldayır, nə illah eləyirəm ərimək bilmir, çürümək bilmir... Yerin altında tüstüm ərşə çıxır, ha əlləşirəm torpağa qarışammıram"
Sayfa 43
Reklam
67 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.