İncələmədə SPOİLER ola bilər!
Bu seriya çox oxumaq istədiklərimdən idi. Necə möhtəşəm başladısa, bir o qədər xəyal qırıqlığı ilə bitdi mənim üçün. Niyəsi isə çox sadə idi -_-. Katnisin ergenlikləri >_<
Düzdü Katnis 17 yaşında bir ergen idi. Amma məsələ onun yaşadığı şeylərdən sonra bu cür davranışlar sərgiləməyi idi. Bu da məni çilədən çıxartdı. Biraz olqun oldaaa..
Gələk yazıçıya -_- Sanki ilk iki kitabı rahat-rahat yazmısan. Amma son kitabın son təslim tarixindən bir gün əvvəl tamamlanmış kimi idi.
Niyə də niyəəə? Finnick niyə öldü? Katnis Gale və Peetanın (kimi seçəcəyini oxuduqca hamı anlasa da) arasında seçim etməyini oxuyaq deyə? Gale ölsə, Finnick yaşasa daha gözəl bir son ola bilərdi. Bir də Finnickin ölməyini elə bir anda üstündən keçildiki -_- sanki sadəcə geridə qalıb onları gözləyir. Öldüüü, Finnick öldü. Kim vurduya getdi . O son nəydi bəs ? Xəyallarımdakı final bu deyildi.
Yazıçıya ən böyük şikayətim ən sevdiyim iki obrazı sanki yoldan keçən birisi imiş kimi 10bölümdə bir adlarını çəkməyi idi. Onsuz da birini ğldürəcəkdinsə,heç olmaya daha çox dialoq yazardın. O birini də 27 bölümün 16-da yoxdu. Geri qalanda da hər bölümdə 3 cümlə qurdurdun. Niyəəə də niyəəə?
Kitaba 5 xal verəcəkdim, ilk iki kitabın xətrinə 7 vermişəm.