bookss

bookss
@12vs12vs
250 okur puanı
Temmuz 2018 tarihinde katıldı
Niyə də niyə?
7/10
·416 syf.··
2021 94. kitabı
·
7 günde okudu
·
Okunma: 13 Kasım 2021 12:01
İncələmədə SPOİLER ola bilər! Bu seriya çox oxumaq istədiklərimdən idi. Necə möhtəşəm başladısa, bir o qədər xəyal qırıqlığı ilə bitdi mənim üçün. Niyəsi isə çox sadə idi -_-. Katnisin ergenlikləri >_< Düzdü Katnis 17 yaşında bir ergen idi. Amma məsələ onun yaşadığı şeylərdən sonra bu cür davranışlar sərgiləməyi idi. Bu da məni çilədən çıxartdı. Biraz olqun oldaaa.. Gələk yazıçıya -_- Sanki ilk iki kitabı rahat-rahat yazmısan. Amma son kitabın son təslim tarixindən bir gün əvvəl tamamlanmış kimi idi. Niyə də niyəəə? Finnick niyə öldü? Katnis Gale və Peetanın (kimi seçəcəyini oxuduqca hamı anlasa da) arasında seçim etməyini oxuyaq deyə? Gale ölsə, Finnick yaşasa daha gözəl bir son ola bilərdi. Bir də Finnickin ölməyini elə bir anda üstündən keçildiki -_- sanki sadəcə geridə qalıb onları gözləyir. Öldüüü, Finnick öldü. Kim vurduya getdi . O son nəydi bəs ? Xəyallarımdakı final bu deyildi. Yazıçıya ən böyük şikayətim ən sevdiyim iki obrazı sanki yoldan keçən birisi imiş kimi 10bölümdə bir adlarını çəkməyi idi. Onsuz da birini ğldürəcəkdinsə,heç olmaya daha çox dialoq yazardın. O birini də 27 bölümün 16-da yoxdu. Geri qalanda da hər bölümdə 3 cümlə qurdurdun. Niyəəə də niyəəə? Kitaba 5 xal verəcəkdim, ilk iki kitabın xətrinə 7 vermişəm.
Alaycı KuşSuzanne Collins · Pegasus Yayınları · 201522,7bin okunma
Müharibəyə heç vaxt son çarə kimi belə baxa bilməyəcəm!
10/10
·544 syf.··
Beğendi
·
2021 60. kitabı
·
7 günde okudu
·
Okunma: 21 Temmuz 2021 09:46
Kitabı keçmiş dövrdə yaşanan sevgi romanı adı altında oxuyub biraz sarsılmış ola bilərəm. Tamamilə fərqli düşüncələrlə başlamışdım, amma yaxşı ki, oxudum. Kitabın sonu məni məhv etdi. İkinci dünya müharibəsində həyatda qalmağa çalışan iki möhtəşəm qadın: İsabell və Viann. İki bir-birinə zidd xarakter, iki fərqli dünya,iki fərqli düşüncə, amma bir məqsəd:müharibədən sağ çıxmaq. İsabelin ağlından keçəni uzatmadan deməyi, tez canlılığı, cəsarəti, Viannın fədakarlıqları, ailəsini qorumaq üçün etdikləri, dostuna sədaqəti kitaba məni bağladı. Julien Rossignol, müharibə səndən tək canınl deyil, xoşbəxt ailə həyatını,qızlarını da aldı. Antoine səni çox az oxuduq. Amma mən səni çox sevdim,insanlığını, sevgini,atalığını... Nazilərin zülmü ilə əlaqəli düzü çox məlumatlı deyildim- Çizgili Pijamalı ÇocukÇizgili Pijamalı ÇocukAnne Frank'ın Hatıra DefteriAnne Frank'ın Hatıra Defteri oxumağıma rəğmən- bu kitabda hər oxuduqca inana bilmədim. Sırf yəhudi olduqları üçün qırılan,zülm çəkən milyonlarla insan. Müharibə sadəcə beynində psixoloji problemləri olan insanlara görə meydana çıxır. Əziyyətini isə günahsız,məsum insanlar çəkir .
BülbülKristin Hannah · Pegasus Yayınları · 20227,8bin okunma
Carpe Diem
7/10
·141 syf.··
2021 36. kitabı
·
15 saatte okudu
·
Okunma: 12 Mayıs 2021 22:52
Todd Anderson və dostlarının həyatı oxuduqları məktəbə yeni ingilis dili müəllimi Bay Keatingin gəlişi ilə dəyişir. Carpe diem fəlsəfəsinin tərəfdarı olan Bay Keating uşaqlara bunu aşılamağa çalışır. Onlara "fərqli" tərzdə dərs deyir. Bununla da 7 uşaq öz tutqularını axtarmağa başlayır. "Ölü ozanlar derneği"ni fəaliyyətə keçirdirlər. Əslində, kitab hər bir müəllimin və valideynin oxumalı olduğu kitablardan biridir. Şagirdlə və övladla necə münasibət qurmaq lazımdır, necə yanaşılmalıdır sualları çox açıq-aydın cavablandırılır. Mənim üçün kitabın sonu vurucu oldu. Dili axıcı olsa da, ortalarında bəzi cümlələri çox mənasız, bəzi "tipləri" çox əsəb edici gəldi mənə. Xəyallarımızın arxasınca getmək lazımdır,həyat bəzi şeyləri təxirə salmaq üçün olduqca qısadır. Və bu həyatı sən yaşayırsan. Sonunda peşman olsan da ,olmasan da sənin həyatından gedəcək zaman.
Ölü Ozanlar DerneğiN. H. Kleinbaum · Real Yayınları · 200033,1bin okunma
9/10
·408 syf.··
Beğendi
·
2021 39. kitabı
·
4 günde okudu
·
Okunma: 25 Mayıs 2021 13:52
Bir ana qızı üçün(daha doğrusu övladı üçün) nələr edə bilər,nələrə dözə bilər? Kitabı oxuduqca bunu hiss edir insan. Betty'nin çarəsizliyini , tanıdıqlarından köməksiz qalmasını , əri tərəfindən şiddətə məruz qalmasını oxuduqca ürəyim qısıldı. Özüm yaşamış kimi hiss etdim. “Bu evde çocuk var” demişti. Aslında evin en küçük çocu­ğu Fereşte’ydi ve Tahran Üniversitesi’ne gitmeye hazırlanıyordu. Burda söhbət yoldaşını işə gedəndə öpüb yola salmağından gedir. Ər-arvad münasibətlərinə bu cür qarışmaq problem deyil,amma "ƏR" arvadını döyüb,bəlkə də , öldürəndə qarışmaq olmaz. Bu onların problemidi. Təəssüflər olsun ki, bu cür düşüncə tərzi bəzi insanlarda hələ də var. Bunu dəyişmək üçün isə hələ 200 il də lazımdı. Bütün kitab boyunca Betty'nin qaçması, ona bir yardım əlinin uzanmasını gözləyirdim, bu qədər də olmaz artıq bir şey olmalıdı deyirdim. Onun o çarəsizliyini elə bil mən yaşayırdım. Sadəcə yazıçının kitabı niyə Mahmudi soyadı ilə qələmə almağı mənə qaranlıq qaldı. Mən olsam, "o insanın" soyadı ilə əsla yazmazdım. Kitabı çox bəyəndim qısaca. Xoş oxumalar.♡
Kızım Olmadan AslaBetty Mahmudi · Sonsuz Kitap Yayınları · 20177,2bin okunma
10/10
·1056 syf.··
Beğendi
·
2021 37. kitabı
·
20 günde okudu
·
Okunma: 21 Mayıs 2021 08:06
Kitab oxumaq sıxıcıdır deyən insanlara demək istəyirəm ki , başınızı o "mənasız" seriallardan qaldırıb kitab oxusaz hər şeyə başqa gözlə baxa bilərsiniz. Kitab oxumağı buna görə sevirəm.
Edebiyat
Monte Cristo KontuAlexandre Dumas · İthaki Yayınları · 201037bin okunma