Aşiq gecələr bir quru sevda həvəsindən,
Öz nəfsini azad eləyirmiş qəfəsindən.
Dilbər ona ehmalca özündən danışırdı,
Artıq tamah ürkürdü nəzakətli səsindən.
Öldürmə, könül, nəfsimi əfv eylə, amandır,
Qurtulmağa cəhd etsə də yarın tələsindən.
Saf eşqinə, dilbər, yiyə dur, nəfsimə dəymə,
Əsla balasın kenquru atmaz kisəsindən.
Dərdimdə müəyyən qədəri olsa da Hikmət,
Əl çək ya ərəbdən, ya da müş dəvəsindən.
Samir Hikmət