Nubar Mammedova

Nubar Mammedova
@3mnbr
Tekrarların uğultusu içinde sadece tek bir kez gerçekleşen bir tek şey vardır-ölüm.
Eşqdən gileylənib üzmə özünü. Qismətin bu payı bölmək istəmir. "Əlvida" söyləyən əllər gözünü Silmirsə, görünür, silmək istəmir. Yalan evlər yıxar - qaç qabağından. Gözaltın gül dərir özgə bağından. Çiskinlər yağdırıb qaşqabağından, Gülmürsə, güman ki, gülmək istəmir. İllər zalım olar, qırar səbrini, Bəmbəyaz bar verər həsrətin dəni. Sevdiyin içində çəkdiklərini, Bilmirsə, mən bilən, bilmək istəmir. Oldun ömrü-günü solan bir çiçək, Gözləri yollarda qalan bir çiçək. Dərdindən divanə olan bir çiçək, Solmursa, inCimə, ölmək istəmir. Yenə də hönkürtün ərşə dayanıb, Yarın yoxa çıxıb, qaçıb, yayınıb. Nə yollar dağılıb, nə körpü yanıb - Gəlmirsə, deməli, gəlmək istəmir. Vahid Əziz
Reklam
İndi deyirsən ki, günah səndədir, Günahı boynuma alıb gedirəm. Mən axı, nəyini sevmişdim sənin? Düşünə-düşünə dalıb gedirəm... Bir ovuc kül idin, ocağın oldum, Üşüyən ruhunun qucağı oldum, Ömrünün ən şirin, xoş çağı oldum, Özüm öz qədrimi bilib gedirəm... Gəlmişdin üstümə dərdlə, kədərlə, Dedim insandır da, tutdum min əllə, Hardan biləydim ki, bu "məsum" üzlə, Nələr gizlədibsən, duyub gedirəm... Günəşim sanmışdım baxışlarını, Sonradan öyrəndim "naxışlarını", Ağlayan sevgimin göz yaşlarını, Peşman qollarıma silib gedirəm... Arzular böyütdüm, baxıb görmədin, Başıma tac etdim, dəyər bilmədin, Tanıdım...Utandım...Sənsə ölmədin, İçimdə min dəfə ölüb gedirəm... Şamil Ənvəroğlu
Elə dayanırsan, elə baxırsan, Elə bil qarşında quru bir daşam. İpək saçlarını bir vaxt oxşayan Elə bil hardasa mən olmamışam. Səni dostlarımla, tanışlarımla, Mən tanış edərdim nə vaxtsa bir-bir . İndi özgələri, yad ehtiramla, Deyirlər tanış ol., Nə qəribədir ?! Yuxuda görərdin nə vaxtsa hər dəm, Yolumu gözlərdin yollardan uzaq. Mən sənin yuxundan çıxıb gəlmişəm, Bu da bir yuxudur, gəl tanış olaq. Qoluna girərdim, bu, yadındadır, Gedərdik ,yolumuz, arzumuz şərik. Qolum qollarının lap yanındadır, Toxunsa, biz indi üzr istəyirik. Hayanda oldumsa səhər, ya axşam, Aradın sən məni, gördün sən məni. İndi gözlərinin qabağındayam, Hayanda durum ki, Görəsən məni? Nəriman Həsənzadə
İndi nazın böyük, ürəyin aram, Eh, mən də səninçün belə qalmaram. Bir də görərsən ki, bir ərk yerin yox, Qalmısan neçə yad baxışın altda. Qəfil görəcəksən çətirin də yox, Əsirsən bir qərib yağışın altda Günəşdə üstünə kölgə salan yox, Tənhasan, amma heç yada salan yox. Sönüb səndən ötrü o isti ocaq. Onda biləcəksən mənim sevgimi, Biləcəksən, o da çox gec olacaq. Könlün darıxanda, lap darıxanda, Kimlərsə hardasa qoşa baxanda, Bir də görəcəksən sən burda təksən, Yanında boş qalıb bir sirdaş yeri Sızlayır könlünün həmin boş yeri. O sözün, o səsin, o ərkin yoxdur, Dərdin var, bu dərdə şərikin yoxdur. Onda birdən-birə gözün dolacaq, Onda biləcəksən mənim sevgimi, Biləcəksən, o da çox gec olacaq. Məsələn bir dəfə yeri gələndə, Bir gizli vaxt tapıb güzgülənəndə Bir də görəcəksən şümşad əllərin, Çiyninə tökülmüş dalğın tellərin, Bir gülər üzün var, amma bilən yox, Bu xumar gözlərlə birgə gülən yox. Çiynin boş, əlin boş, boş qalan qucaq Onda biləcəksən mənim sevgimi Biləcəksən, o da çox gec olacaq.
Reklam