Nubar Mammedova

Nubar Mammedova
@3mnbr
Tekrarların uğultusu içinde sadece tek bir kez gerçekleşen bir tek şey vardır-ölüm.
8/10
·262 syf.··
2025 15. kitabı
·
21 günde okudu
·
Okunma: 21 Ekim 2025 00:52
Bu kitabda britanyalı uşaqların müharibədən qaçarkən təyyarənin qəzaya uğraması nəticəsində adaya düşürlər. Kitabda uşaqlar ilk başda mədəni qalmağa, insanlıqlarını itirməməyə çalışsalarda hər insanın içində olan vəhşilik üzə çıxır. 6-12 yaş aralıqlarındakı bu uşaqlar əslində ilk başda "həyatda qalmaq" üçün yetişkinlər kimi səy göstərirlər, amma yenə böyüklər kimi buna nail ola bilmirlər. Əslində bur vəziyyətdə uşaqları qınaya bilərikmi? (Spoiler) Məncə, əsas başlıca bir neçə obraz var ki, bu obrazlar adadaki uşaqlara və onların həyatlarına yön verirlər. Ralph, Simon, Jack, Domuzcuk,Roger kimi obrazlar bir-birləri ilə daimi çatışma halındadır. Ralph lider ruhlu bir uşaqdır. Jack onun əksinə diktator və öz doğrularını digər uşaqlara qəbul etdirməyə çalışan bir obrazdır.Ralph ortaya çıxana qədər o, ovçuları ilə istədiyi kimi bir mədəniyyət qurmuşdu. Ralph ortaya çıxdığında isə daha məntiqli düşünə bilən, uşaqları ordan xilas edə biləcək bir obraz olduğu üçün uşaqlar Jackdən uzaqlaçdılar.Biz kitabda əslində bu ikisinin çatışmasını və bu çatışmanın necə vəhşiliyə çevrildiyini görürük. Ralph kitabda Jackə "Niyə mənə nifrət edirsən?" deyə soruşur. Jack isə bunun səbəbini bilmir. Əslində cavab günümüzdə ölkələrin daim bir-biri ilə çatışması kimidir. Mənasız və hökm etmə hissi. Mənə elə gəlir ki bu hökm etmə hissi hamımızın içində var. Hökm edə biləcəyimiz bir fürsət qazanan kimi hər kəs olduğu insan olmaqdan çıxır. Buna görə də Jack hər nə qədər bir uşaqdan gözlənilməyəcək dərəcədə qəddar olsa da ən başda hamı kimi sadəcə bir uşaq idi. Domuzcuk isə digər uşaqlardan fərqli olaraq məntiqli düşünür.Həyatda qalmaq üçün nəyin vacib olduğunu bilir. Amma bu düşüncə digər uşaqlara sıxıcı gəlir. Onu ələ salırlar və ya ony qrupdan ayırırlar. Simon obrazı mənim bu kitabda ən
Sineklerin TanrısıWilliam Golding · Türkiye İş Bankası Kültür Yayınları · 202597,3bin okunma