knyazın fikrincə, nikah qarşılıqlı etimad və qarşılıqlı qayğıya əsaslanır. Ər ilə arvad həmişə məsləhətləşməli və işdə bir-birlərinə kömək etməlidirlər. Onlar həmçinin həmişə yadda saxlamalıdırlar ki, ikisi də azad ruhlu, bərabərhüquqlu insanlardır.
"Ey xan! Bizim şöhrətli əcdadlarımız özlərinə daha böyük və başqalarını dəhşətə salan ad qazanmaq üçün bu diyara ayaq basanda, onlar: "Qara bax! - Bax... orada qar var!" - deyə qışqırdılar. Amma dağlara yaxınlaşanda və balta dəyməmiş meşəni görəndə qışqırdılar ki, "Qara bağ!". Və o zamandan bəri bu diyara Qarabağ deyilir. Qabaqlar ona Sünik, ondan əvvəl isə Avqar deyərdilər. İndi, ey xan, bil ki, bizim diyar qədim və şöhrətli bir diyardır".
Həyatın ilk və son günü arasında olan məsafə dəyişkən və naməlumdur. O məsafəni əgər yolun çətinliyi ilə ölçsək, o, hətta uşaqda belə böyükdür. Əgər onu hansı sürətlə gedilməsi ilə dəyərləndirsək, hətta ən yaşlı adamda belə qısadır.