-Görəsən,orda,uzaqlarda xoşbəxt olacam:Uzaqlarda həmişə hamı xoşbəxt görünür.Sonra sən gedib o "uzaqlar"a çatırsan və görürsən ki,sən demə qeyri-adi heç nə yox imiş.
-İndi nə deyirsən? Yalnız əlimizin çatmadığı yerlər gözəl olur?
-Xəyalı gözəl olur,hə. Sonra adiləşir. Məsələn,ulduzlara əlimiz çatmır, ona görə onlar gözəldi. Heç ulduzun gözəl ve maraqlı olmadığını düşünən adam görmüsən?
-Yox...
-Çünki əlçatmazdılar. Murad barmağını gicgahıma dayadı: - Bax burda xoşbəxt ol.Beyninin içində.
-Qəribədir ki, gün ərzində təkliyimi heç hiss etmirəm. İnsanlara qaynayıb-qarışıram. Onlarla deyirəm, gülürəm, əylənirəm. Ancaq evə qayıdıb başımı yastığa qoyduğum anda içimi qəribə hisslər bürüyür. Məhz o zaman yalnız olduğumu anlayıram. Ondan daha pisi, yalnız olduğumu anladığım halda belə heç kimi həyatımda istəmirəm. Dərdimin dərmanını bilib əlimlə itələmək kimi bir şeydi. Bundan daha pis nə ola bilər?