-Murad
-Bəli, qara qız.
-Səncə, insan sevmədiyi birinə o cür baxa bilər?
-Nə cür?
-Başqa cür...
-Bu nə deməkdi?
-Heç...
-Bayaqdan bunu fikirləşirsən?
-Yox! Birdən ağlıma gəldi
Ancaq... Həyatın pozanı yox idi Səhvlərimizi silə, bilmirdik.Bəlkə, silə bilirdik. Bəlkə, bizim pozanımız da zaman idi? Ancaq hər bir halda pozanla zaman arasında. bir oxşarlıq var idi. Na qədər silsən və görünmədiyini düşünsən də, o ağ vərəqdə səliqəsiz xətti çəkən qələmin izi qalır, ilk baxışdan görünməsə də, əlini yaxınlaşdırıb ağ vərəqi sığalladığın an barmaqlarının ucu ilə bura əbədi həkk olunmuş izləri duya bilirdin, Onları tamamilə yox etmək mümkün deyildi, Bəzən ağ vərəq üzərində çəkdiyin doğru xətlər silinmiş səhvlərlə toqqușur və bu kəsişmədən daha tünd, bəzənsə daha açıq, fərqli boz izlər yaranırdı...
Həyat da belə idi, yəqin ki... Bir ağ vərəq kimi... Hər çəkdiyimiz səliqəsiz xətt bizim səhvlərimiz idi. Yalnız buraxdığımız bu səhvlərdən sonra bizim üçün ən "doğru"nun nə olduğunu anlayırdıq.