Aydan Nemetova

Aydan Nemetova
Librarian
NTU
12 Ekim 2004
6 kütüphaneci puanı
129 okur puanı
Mayıs 2024 tarihinde katıldı
Sonra fikirlərdən ayrılıb monoton hayatıma davam edirdim. Yox olmaq, toz olmaq, bəlkə, balacalaşıb bir qarışqa olmaq istəyirdim. Ən yaxşısı bir əşya olmaq, heç nə hiss etməmək.. Təsəllini uzaq ölkələrdə axtarmaq.. Bir ümid işığı, bir "bəlkə"... Heç bu qədər səmimi olmamışdım.Heç bu qədər gecikməmişdim özümə səmimi olmağa...
Sayfa 64·Kitabı okudu
1000Kitap
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Nə qədər səni yaxınına buraxdığını düşünsən də, ○ qədər səndən uzaqda idi. Hisslərini, istəklərini büruzə verməzdi. Eyni zamanda ondan mənim ünvanıma gələn doğma və isti enerji sanki dilə gətirilib deyilməyən bütün sözləri ortaya tökürdü.ikili hisslər yaşayırdım. İlk dəfə idi bir insanı anlamaq mənə bu qədər çətin gəlirdi. Onun haqqinda çox sey bilirdim. Ancaq eyni zamanda bilmədiyim o qədər șey var idi ki... Düşünürdüm ki, zamanla düzələr. Həyatın șirin axını ilə birgə qeyri-müəyyənliyə doğru axırdım.
Sayfa 60·Kitabı okudu
1000Kitap
Axı tənhalığın nə qədər gözəl bir şey olduğunu demək üçün yanında birinə ehtiyac var idi..
Sayfa 57·Kitabı okudu
1000Kitap
Son vaxtlar ətrafımdakı insanlardan eyni sözü eşidirdim: "Getmək istəyirəm":, Hər kəs düşünürdü ki, burdan uzaqlara getsə, o zaman həyatındakı bütün problemlər, həll olunacaq. Yaşadığımız bütün uğursuzluqları burda, qoyub gedəcəyik, başqa insanlar öncəkilərin yerini tutacaq onları unutduracaq. Ciyərlərimizə çəkdiyimiz havanın ətri belə daha șirin olacaq və yeni həyat bizi xoşbəxtliyə əmin addımlarla aparacaq. Arxamızda o qədər dərd qoyub getmək istəyirdik ki, bəzən o dərdlərin məkandan asılı olmadığını anlamırdıq... Bizdən bir parça olduğunu, mindiyimiz tayyarəyə bizimlə mindiyini, yad küçələrdə, bizimlə birgə gəzdiyini, yeni hayatımıza onu da özümüzlə köçürdüyümüzü anlamırdıq. Əslində, arxada qalmırdı o dərdlər. Arxamızca addım-addım irəliləyirdi. Getmək onlardan qurtarmaq üçün çarə deyildi. Beyin qaçmadığı müddətcə bədən də onlardan qaça bilməzdi, Qaçmaq ümumiyyətlə, lazım idimi? Arxaya dönüb, bəlkə, o dərdlərin düz gözünün içinə baxmaq lazım idi? Qorxularımıza güc gəlmək lazım idi?
Sayfa 56·Kitabı okudu
1000Kitap
Bütün dünyadan zəhləmiz gedir "bütün dünya bizə qarşıdı" düşünürük. Bilirsən, məsələ,əslində, bizdədi, dünyada yox... O qədər özümüzə qapılırıq, o qədər düşünüb hər məsələni çürüdürük ki, nəticədə mətləbdən va həqiqətlərdən tamam uzaqlaşırıq. Bataqlıq kimi düşün. Çıxmaq istədikcə daha da batırsan. Elə anlarda insana vaxt lazımdı. Tək qalmağa, düşünməyə, götür-qoy eləməyə... Bəzənsə, sadəcə, darıxmağa... Əlində olan bu nemətin dəyərini bilmək üçün ondan uzaqlaşmaq lazımdı. Darıxdığın hər dəqiqə, hatta saniyə də dəyərini sənin gözünün önünə qoyur. Anlayırsan?
Sayfa 44·Kitabı okudu
1000Kitap