Aydan Nemetova

Aydan Nemetova
Librarian
NTU
12 Ekim 2004
6 kütüphaneci puanı
129 okur puanı
Mayıs 2024 tarihinde katıldı
Onlar yanlış yoldadırlar, Uinston Smit haqlıdır. Adi, aydın və həqiqi olan hər şey müdafiə edilməlidir. Adi həqiqətlər həqiqətdir - bu fikrin üstündə möhkəm dayan! Vahid dünya yerindədir, onun qanunları heç zaman dəyişmir. Daş-bərk cisimdir, su - mayedir, istinadgahı olmayan hər şey cazibə nəticəsində Yerin mərkəzinə düşür.
Sayfa 121·Kitabı okudu
1000Kitap
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Partiyanın fəlsəfəsi susmaq yolu ilə yalnız sənin idrakının gəlib çıxdığı həqiqətləri deyil, əbədi mövcudluğun özünü inkar edir. Ən qorxunc şey - sağlam ağıldır! Dəhşət səni fərqli fikrə görə öldürmələri deyil; Dəhşət birdən bu qərarlarında haqlı ola bilmələridir! Doğrudan da, iki vuraq ikinin dörd elədiyini haradan bilirik? Yaxud cazibə qüvvəsi necə təzahür edir? Yaxud keçmiş həqiqətəndəmi dəyişilməzdir? Əgər keçmiş də, mövcud varlıq da yalnız şüurda mövcuddursa, şüurun özü isə idarə olunandırsa, bəs onda?
Sayfa 120·Kitabı okudu
1000Kitap
Siyasətlə maraqlanmaları ümumən arzuedilməz sayılırdı. Onlardan tələb olunan yeganə ictimai fəallıq iş gününün uzadılması, yaxud ərzaq normasının azaldılması zamanı bəsit vətənpərvərlik nümunəsi göstərmək idi. Hətta bəzən aralarında narazılıq yarananda da bunun heç bir nəticəsi olmurdu. Çünki ümumi fikir ətrafında birləşə bilmədiklərindən meydana çıxan narazılıq xırda, ikinci dərəcəli məsələlərə yönəldilirdi. Böyük problemlər həmişə diqqətlərindən kənarda qalırdı.
Sayfa 110·Kitabı okudu
1000Kitap
Onları yaxından tanımağa xüsusi ehtiyac da duyulmurdu. İşlədikləri və doğub törədikləri müddət ərzində bu adamların başqa heç bir fəaliyyətlərinə lüzum qalmırdı. Argentina düzənliklərindəki başlı-başına buraxılmış qaramal sürüləri kimi prollar da həmişə öz təbii həyat tərzlərinə qayıdır, ata-babalarının yolu ilə gedirdilər. Onlar doğub-törəyir, çirkab içərisində boy atıb böyüyürdülər. On-on iki yaşında işləməyə gedirdilər. Fiziki çiçəklənmə və seksual fəallıq dövrləri çox qısa çəkirdi. İyirmi yaşları olanda evlənirdilər. Otuza çatanda artıq orta yaşlı adam kimi görünürdülər. Altmışa yetişəndə isə milçək kimi qırılmağa başlayırdılar. Ağır fiziki əmək, ev və ailə qayğıları, qonum-qonşularla fasiləsiz boğuşmalar, kino, futbol, pivə, ən başlıcası isə qumar-məhdud dünyalarının sərhədləri bunlarla məhdudlaşırdı.
Sayfa 109·Kitabı okudu
1000Kitap
Onlarda şüur yaranmayana qədər üsyan etməyəcəklər. Üsyan etməsələr isə heç vaxt şüurlu olmayacaqlar.
Sayfa 108·Kitabı okudu
1000Kitap