Lakin maddi nemətlərin ümumi artımının iyerarxik cəmiyyəti məhv etməklə (həqiqətən də bu, məhvə bərabərdir) hədələdiyi də unudulmamalıdır. Hamının qısa iş günündən yararlandığı, yaxşı qidalandığı, hamamı və soyuducusu olan mənzildə yaşadığı, avtomobil, hətta təyyarə sahibinə çevrilə bildiyi dünyada qeyri-bərabərliyin ən çox nəzərə çarpan, bəlkə də ən vacib forması aradan qalxır.
Onlar sənin hisslərini dəyişə bilməzlər. Əslində, hətta istəsən belə özün də o hissləri dəyişmək iqtidarında deyilsən. Onlar sənin nə etdiyini, nə dediyini, nə fikirləşdiyini ən xırda məqamlarına qədər aşkara çıxara bilərlər. Lakin hərəkət və istəkləri sənin özünə də sirli, qaranlıq qalan qəlbin, qapılarını heç zaman onların üzünə açmayacaq.
Kimisə sevirsənsə, deməli, onu bütün varlığınla sevməlisən. Ona artıq heç bir şey vermək iqtidarında deyilsənsə, son zərrəsinə qədər sevgini verməlisən.
Onlar gerçəkliyin ən kobud təhrifləri ilə sözsüz razılaşırdılar. Susmaqlarının müqabilində ödədikləri bədəlin nə qədər dəhşətli olduğunun fərqinə varmırdılar. Nələr baş verdiyini bilmək üçün hadisələrin mahiyyətinə maraq göstərmirdilər. Anlamamaq xoşbəxtliyi onları dəli olmaqdan xilas edirdi.
Məsələ seksual aclığın isteriya yaratmasında idi. Bu isteriya Partiyanın işinə yarayırdı. Çünki onu asanlıqla müharibə ehtirasına, yaxud rəhbərə pərəstiş hissinə çevirmək olurdu.