Aydan Nemetova

Aydan Nemetova
Librarian
NTU
12 Ekim 2004
6 kütüphaneci puanı
129 okur puanı
Mayıs 2024 tarihinde katıldı

Aydan Nemetova

, bir kitap okudu
9/10
·384 syf.··
Beğendi
·
7 günde okudu
·
2025 30. kitabı
George Orwell
8.5/10 · 200,4bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
George Orwell-“1984” haqqında düşüncələrim
9/10
·384 syf.··
Beğendi
·
2025 30. kitabı
·
7 günde okudu
·
Okunma: 29 Ekim 2025 20:57
Okeaniya adlı bir ölkədə hər şey qaydasında görünür amma bu qayda elə qurulub ki insanın nə düşünməsi nə hiss etməsi belə idarə olunur. “Böyük Qardaş səni izləyir” cümləsi kitab boyu elə bir atmosfer yaradır ki,oxuduqca insanın özü də izlənildiyini hiss edir.Əsərin əsas qəhrəmanı Smit mənə çox tanış gəldi. Hər şeyin səhv olduğunu bilib susan,amma,içində üsyan edən bir insandı. O,sistemə qarşı çıxmağa cəhd edir amma bunu gizlində,beynində,düşüncələrində edir.Onun bu daxili çəkişmələri,qorxusu bəzən ümidi,hamısı çox insani idi.Proletarların həyatına gəlincə onlar bəlkə də bu dünyanın ən azad insanları idi. Çünki heç kim onlara fikir vermirdi. Onlar sadəcə yaşayırdılar sistem üçün vacib sayılmırdılar,amma,elə bu səbəbdən də bir növ azad idilər.Smitin Culiyayla münasibətinə gələndə isə,onların sevgisi bir az da gizli üsyan kimiydi. Sadəcə iki insanın bir-birinə olan hissi yox həm də bizi insan edən şey hələ qalıb mesajı idi.Amma,bu sevgi də onların yaşadığı dünyada çox davam edə bilmədi.Sevgi Nazirliyində baş verənlər isə kitabın ən ağır hissəsi idi. Orada təkcə insanı cəzalandırmırlar onu sındırırlar,içindəki bütün müqaviməti silirlər. Və sonda Smit artıq öz istədiyi kimi düşünən biri olmur. Onu "düzəltdilər".O,son ümidini də itirəndən sonra sistemin istədiyi insana çevrildi. 1984 mənə bir şeyi çox açıq göstərdi,insanı məhv eləmək üçün onu öldürmək lazım deyil,sadəcə düşüncələrini əlindən almaq kifayətdir.Sənə öz dünyanı, düşüncələrini və azadlığını bir daha dəyərləndirməyi öyrədir.Fikrimcə,kitabı oxumağa dəyər. 1984 George Orwell
1000Kitap
1984George Orwell · Qanun Nəşriyyatı · 2019200,4bin okunma
Bizdən kənarda bütöv bir kainat mövcuddur. Ulduzlara baxın. Onlardan bəziləri Yer kürəsindən milyonlarla işıq ili məsafədə yerləşir. Onlar insan üçün əbədilik əlçatmazdır.
Sayfa 343·Kitabı okudu
1000Kitap
Azlıqda qalmaq, hətta tamam tək olmaq dəliliyə dəlalət edə bilməz. Həqiqət var, bir də yalan var. Əgər sən az qala bütün dünya ilə üz-üzə gələrək yenə də həqiqətin tərəfində dayanırsansa, deməli, dəli deyilsən.
Sayfa 283·Kitabı okudu
1000Kitap
Mahiyyət etibarı ilə müharibə yalnız insan həyatını deyil, insan əməyinin nəticələrini də məhv edir. Müharibə-kütlənin yaşayışını yaxşılaşdırmağa, onu inkişafa qovuşdurmağa imkan verən maddi sərvətlərin dağıdılması, puç olması, səmanın ənginliklərində və dənizin dərinliklərində məhv edilməsidir.
Sayfa 253·Kitabı okudu
1000Kitap