Yəni elə əslinə qalsa adamlar anadan olandan öz qəbirlərinə tərəf getmirlər? Yolları nə qədər
uzaq düşsə də,nə qədər dolama-dolama,eniş-yoxuş olsa
da,axır gəlib mənzilə çatırlar. Molla Nəsrəddin demişkən,hara getsələr, axırda gəlib bura çıxacaqlar.
Mərdan kişi düz deyirdi ki, bu bakılılar, qarabağlılar,
qazaxlılar, nə bilim gəncəlilər, göyçaylılar, naxçıvanlılar
içində azərbaycanlı olmaq çox çətin məsələdir.