Səma Hacıyeva

Səma Hacıyeva
@9ajieva
Almanya
Rustavi, 22 Aralık 2002
3 okur puanı
Mayıs 2022 tarihinde katıldı
QƏLBİM SƏNİ İZLƏR
Tufan kimi eşqindən əgər coşsa dənizlər, Qərq olsa da yelkən kimi qəlbim, səni izlər. Afət yaranıb qəlb evini yıxmağa eşqin, Ən qorxulu afət, ona qəlb eşqini gizlər. Gəz sinəmin üstündə, sən ey afəti-dövran, Qəlbimdə uzun xatirə qalsın dərin izlər. Eşq öylə günəşdir ki, onun zərrələrindən Bir anda olur lalə kimi incə bənizlər. Eşqin o böyük qüdrətin əfsununa qarşı, Mir Mehdi, bükülmüş nə qədər dağ kimi dizlər
Reklam
Hər könül bir gözəlin eşqinin avarəsidir, Məni sevdaya salan gözlərinin qarəsidir.
Qara gözlər
Yanlışdı səni bənzədim ulduzlara, gözlər, Var hər baxışında yeni aləm, qara gözlər! Gen dünyada saldın məni bir gün dara gözlər, Yetməzdimi bu, sonra da çəkdin dara, gözlər! Bir qəmzə ilə baxmağı öyrənməyə səndən Ceyran dayanıb gündə gərək yalvara, gözlər! Min dastana sığmaz o baxışlardakı məna, Ceyran hara, bir söylə görüm, sən hara, gözlər! Mir Mehdi deyir: neyləmişəm mən yara, gözlər? Müjganı ilə qəlbimi etmiş yara gözlər.

Okur Takip Önerileri

Tümünü Gör
Güllər içində
Gördüm o gözəl çöhrəni al tüllər içində, Sandım ki, qızılgül görürəm güllər içində. Sünbüllərin ətri xoş olur bağda, çəməndə, Yox saçlarının bənzəri sünbüllər içində, İllər dolanır hüsnünə təsir edə bilmir, Sən qəlbə yatan ay kimisən illər içində. Dünyada gözəl çoxsa da, lakin sənə bənzər Biz nazlı gözəl görməmişəm ellər içində. Mir Mehdi vüsal həsrətini qəlbinə salmış, Yar, qoyma onun qəlbini nisgillər içində.
Hər sərçə özünü bir tərlan sanır, Hər pişik özünü bir aslan sanır. Hər söz quraşdıran deyir şairəm. Bir damla təbini bir ümman sanır!