Avropa tarixində bir zamanlar türklər kimi davranmaq şərəf və zənginliyin göstəricisi idi. XVI əsrdə Fransada başlayan, sonradan bütün Avropaya yayılan və əsrlər boyu davam edən Turquerie hərəkatı, türksevərlik və ya türk heyranlığı adlandırılırdı. Bu anlayış, türk mədəniyyətinin, dilinin, tarixinin və incəsənətinin Avropadakı əks-sədası kimi ortaya çıxsa da, zaman keçdikcə — başda Fransada və Viyanada olmaqla — bir çox yerdə türklər kimi geyinmək, türk qəhvəsi içmək, toyları türklər kimi keçirmək və saraylarda türk xalçaları istifadə etmək, Avropa burjuaziyası arasında status göstəricisinə çevrilmişdi. Bundan əlavə, rəsim, memarlıq və musiqi kimi demək olar ki, hər incəsənət sahəsində özünü göstərən Turquerie hərəkatı, xüsusilə rəssamlara böyük ilham verərək türk dövlətlərinin otantik və sirli həyat tərzinə dair çoxsaylı əsərlərin yaradılmasına səbəb olmuşdur.