“Həqiqətən sevdiyim çox az insan var, hələ hörmət etdiyim daha az insan var. Dünyanı tanıdıqca narazılığım artır. Hər keçən gün insan xarakterinin zəifliyinə və ağıllı, dərin hisslərə sahib olanlara belə inanmağın çətin olduğuna inancım güclənir.”
Avropa tarixində bir zamanlar türklər kimi davranmaq şərəf və zənginliyin göstəricisi idi. XVI əsrdə Fransada başlayan, sonradan bütün Avropaya yayılan və əsrlər boyu davam edən Turquerie hərəkatı, türksevərlik və ya türk heyranlığı adlandırılırdı. Bu anlayış, türk mədəniyyətinin, dilinin, tarixinin və incəsənətinin Avropadakı əks-sədası kimi ortaya çıxsa da, zaman keçdikcə — başda Fransada və Viyanada olmaqla — bir çox yerdə türklər kimi geyinmək, türk qəhvəsi içmək, toyları türklər kimi keçirmək və saraylarda türk xalçaları istifadə etmək, Avropa burjuaziyası arasında status göstəricisinə çevrilmişdi. Bundan əlavə, rəsim, memarlıq və musiqi kimi demək olar ki, hər incəsənət sahəsində özünü göstərən Turquerie hərəkatı, xüsusilə rəssamlara böyük ilham verərək türk dövlətlərinin otantik və sirli həyat tərzinə dair çoxsaylı əsərlərin yaradılmasına səbəb olmuşdur.
− Axı biz haçan görüşəcəyik?
− Neylirsiz görüşməyi? − dedi. − Bəyəm belə pisdir? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?!
Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər. Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, daha yaxşıdır.