Elmar Aslan

Elmar Aslan
@AElmar
Policy
Bakı
29 Haziran
2 okur puanı
Temmuz 2024 tarihinde katıldı
Gözəl bir qız idi. Ağıllı idi, xasiyyətcə şən idi, ancaq kitab oxumağı çox xoşlayırdı.
Sayfa 49·Kitabı okudu
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
− Axı biz haçan görüşəcəyik? − Neylirsiz görüşməyi? − dedi. − Bəyəm belə pisdir? Sizi bilmirəm, amma mənimçün bu telefon söhbətləri çox xoşdur. Həyatıma nə isə təzə bir şey gətirir. Mənə xoşdur ki, müəyyən saatlarda zəng gözləyirəm. Zəng eləyən adamı heç tanımıram, üzünü də görməmişəm, ona görə də onunla açıq danışa bilirəm, o da ürəyindəkiləri mənə deyə bilir. Məni heç vaxt görməyib, heç təsəvvür də eləmir ki, necəyəm. Məgər bu pisdir?! Görüşərik, bir-birimizi bəyənmərik, hər şey də pozulub gedər. Əgər bir-birimizi bəyənsək belə yenə hər şey dəyişər, adiləşər, bayağılaşar. Gəlin əlaqələrimizi elə bu şəkildə saxlayaq. İnandırıram sizi, bu, daha yaxşıdır.
Bilirsinizmi, özünü yarımyamalaq hiss etmək necə cəhənnəm əzabıdır! Mənim Avropa musiqisindən də, Şərq musiqisindən də xoşum gəlir. Eyni zamanda görürəm və hiss edirəm ki, nə birincisini bir avropalı qədər tam və bütün hiss edirəm, nə də ikincisini bir şərqli kimi.
Sayfa 55·Kitabı okudu
Bilmirəm, hələ də qərar verə bilməmişəm. O zaman isə şübhəsiz indikindən daha az anlayırdım. Mən axı kiminsə üstündə hökmranlıq etmədən, zalımlıq etmədən yaşaya bilmirəm. Amma düşüncə ilə heç nəyi izah etmək olmur axı. Deməli, düşünmək lazım da deyil.
Kitap Alıntısı
Qəlbi ilə əlaqəsini itirmiş bir insana təcrübəli deyilir.
Kitap Alıntısı