Hər bir azərbaycanlının mütləq oxuması gərəkən kitab! Bu kitabı oxumağım bir təsadüf idi. 2019'un dekabr ayında Xalamoğlundan oxumaq üçün almış, bəzi problemlərə görə yarım qoymuş və əlbəttə ki, yenidən başlayıb, oxumaqda gecikməmişdim. Elə təsadüfə bax ki, müəllif kitabını özü hədiyə etmişdi ona. Kitabı oxuyub, son səhifəsinə gəlib çatanda "Oydaaa!"- deyə a'ları uzadan təkcə mən deyilmişəmmiş. Kitabı sonradan ikinci dəfə oxudum. Yenə eyni ləzzəti aldım. Kitabın məzmuna aşağıda toxunacam, amma "sevimli baş rolumuzda çıxış edən Mirzəni bütün kitab boyu izləmək, hər cümləsdə bir şey qatacaq oxucuya" deməyə də indidən tələsirəm.
Yazar kitabında bizim o əziz, doğma, başına döndüyümüz mentalitetimizi heç çətinlik çəkmədən qaldırıb, qoyur tərsəmayallaq! Yeri gəlmişkən mentalitet məftillərini aşa bilməyənlərin bu kitabdan uzaq durmağı xaiş olunur.
Kitabda hərşey var. İçki, seks, intim səhnələri, söyüş, dini debat, orta statistik azərbaycanlının günlük həyatı, Casper Noe filmlərindəki gördüyümüz səhnələrdən tut hər növ insanın qarşılaşa biləcəyi, qarşılaşdığı, qarşılaşıb inkar elədiyi şeylərə qədər. Bəzi səhnələrdə qəhqəhə atdırır yazar oxucuya. Orijinaldan belə möhtəşəm kitab oxumaq həsrəti ilə yanırdım ki, hələ də oxuduğum andakı zövqünü yaşayıram.
Spoiler? Yox! Yox! Spoiler o zaman olar ki, daha doğrusu o zaman olacaq ki, kitabı oxuyub, özünü tanıdıqdan sonra, hətta oturub üz-üzə özünlə danışacaqsan. Düşünürəm ki, o dialoqda keçmişindən spoiler yeyəcək oxucu. Mediamən'i hər bir azərbaycanlı oxumalıdır. Əlim dağın başına çatsa idi, bu kitabı götürüb qoyardım o dağın başına.
Bu kitab realdır. Azərbaycan mentalitetinin absurd tərəflərini ustalıqla açıqlayır. Ona görə də bütün Pox və Pox olmayanlara tövsiyə edirəm. Ona görə ki, oxuyub, özünüzü tanıya bilərsiniz. Elə