Roman Dostoyevskinin qələmə aldığı ilk əsərdir.Kitab o dövr üçün rus ədəbiyyatında böyük əks-səda yaratmış və ədəbi tənqidçilər əsərlə tanışlıqdan sonra “Rus ədəbiyyatı yeni Qoqol qazandı” ifadəsini işlətmişlər.
Əsərdəki hadisələr iki şəxs-Makar Devuşkin və Varvara Alekseyevna arasındakı məktublaşmalar əsasında cərəyan edir.Onlar hər ikisi cəmiyyətdə yoxsulluğa,əzilməyə,xor görülməyə düçar olmuş insanlardır.Buna baxmayaraq,onlar daima bir-birlərini xoşbəxt etməyə çalışır,birinin o birisinə qarşı etdiyi ən kiçik yaxşılığı belə böyük mükafat kimi qiymətlədirirlər.Bununla da,yazar zənginliyin,var-dövlətin əslində pulda,mülkdə yox,qəlbdə və ruhda olduğunu anlatmağa çalışır…