Fariz Namazlı

Fariz Namazlı
Avukat
Sumqayıt
Sumqayıt
93 okur puanı
Şubat 2018 tarihinde katıldı
Artık her şey geçmişte, anılarda ve fotoğraflarda kalmıştı. Anılar solup parçalara ayrılsa bile fotoğraflar kalıcıydı.
Sayfa 57
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Puan vermedi·220 syf.··
Beğendi
·
2026 22. kitabı
Gürcü yazıçı və kinorejissor Nana Ekvtimishvili tərəfindən yazılmış “Armudlu düzəngah” əsəri Tiflisdə mövcud olan internat uşaqları haqqındadır. Əsəri sadə və qısa roman təsiri bağışlayır. Amma oxuduqca anlayırsan ki, bu kitab əslində təkcə bir internatın yox, bütöv bir cəmiyyətin faciəsini göstərir. Əsərdə SSRİ dağıldıqdan sonra Gürcüstanın sosial vəziyyəti, yoxsulluq, insanların mənəvi yorğunluğu və ən çox da uşaqların müdafiəsizliyi ön plana çıxır. Armudlu düzəngah sadəcə məkan deyil, simvoldur, yarımçıq qalmış uşaqlığın, puç olmuş ümidlərin, kədərli həyatın simvolu və zorlanmış həyatların şahidi olduğu yer. Bataqlıq torpaqda bitən, amma dadsız və sərt olan armudlar internat uşaqlarının taleyinə bənzəyir, yaşayırlar, amma həyatın dadını hiss edə bilmirlər. Romanın əsas qəhrəmanı Lela internatda böyümüş bir qızdır. Yaşı çoxdan oranı tərk etməyə çatsa da, gedəcək yeri olmadığı üçün orada qalır. O həm öz travmaları ilə yaşayır, həm də kiçik uşaqlara sahib çıxmağa çalışır. Əsərdəki uşaqların çoxu əqli cəhətdən zəif hesab olunur, amma onların əsl problemi xəstəlik deyil, onlar sadəcə yoxsulluğun, ailəsizliyin və sistemin qurbanıdırlar. Cəmiyyət əvvəl onları unudur, sonra isə onlara problemli damğası vurur. Kitabın dili çox sadə və axıcıdır. Uzun təsvirlər və dərin fəlsəfi düşüncələr yoxdur. İnternat evinin uşaqları sadəcə həyatda qalmağa çalışırlar. Kədərlənsələr belə uzun müddət ağlamırlar, tez də sakitləşirlər. Müəllif bunu bir neçə misalda göstərir. Döyülən, zorlanan uşaq heç nə olmamış kimi sakitləşir, həyatın axarına düşüb digər uşaqlara qoşulub oynamağa başlayır. Əsərdə çox ağır mövzulara toxunulsa da, müəllif insanlara ümid verməyə çalışıb.
Armudlu DüzəngahıNana Ekvtimishvili · Yay Nəşriyyatı · 2020132 okunma

Fariz Namazlı

, bir kitap okudu
Puan vermedi·220 syf.··
Beğendi
·
2026 22. kitabı
Nana Ekvtimishvili
7.5/10 · 132 okunma
Böyük uşaqlar yeni gəlmiş, dünyadan xəbərsiz göyçək bir qızı tutub həyəcandan, ehtirasdan ağlını itirmiş oğlanın yanına, armudlu düzəngahına aparıb yerə yıxırdılar, oğlan isə qızı vəhşi kimi zorlayırdı. Yerdə qalanlar, qızlı-oğlanlı, - qızın əl-ayağını tutur, oğlan işini bitirənə qədər beləcə dururdular. Lela qızların ağlamağına tab gətirmirdi, onların bağırmağına dözə bilmirdi, uşaqlar isə qızların ağzını tuturdular ki, səsi çıxmasın... Qızların cızılmış ayaqlarına, cırmaqlanmış sifətlərinə, qana baxanda ürəyi bulanırdı. Oğlan işini bitirəndən sonra ayağa durur, uşaqlar yerə sərilmiş qızı buraxıb yenə heç nə olmamış kimi haradasa stadion ərazisində oynamağa tələsirdilər. Qız ayağa qalxır, paltarını düzəldir, əvvəl bir qədər tək qalır, sonra yenə uşaqlara qarışır, onlarla birlikdə həyatını davam etdirirdi.
Sayfa 51·Kitabı okudu
Bir halda ki, tale insana əzab verir, insan da öz təkrarolunmaz vəzifəsini bu əzablarda və onlara dözmək bacarığında görməlidir. O, öz iztirabının unikallığını dərk etməlidir - axı bütün kainatda buna bənzər ikinci bir şey yoxdur; heç kim onu bu iztirablardan məhrum edə, onun əvəzinə bu əzabları yaşaya bilməz.
Sayfa 150