Roman Kolumbiya yazıçısı Markesin ölümündən sonra dərc edilib. O, ölümünə bir müddət qalmış bu əsəri yazıb, lakin dərc etməyib. Onun övladları Markesin ölümündən 10 il sonra bu əsəri dərc etməyə qərar verib. Elə kitabın əvvəlində oğlanları oxuculara xitabən yazıb ki, oxucu Qabonun yazı tərzindən rahatlıqla zövq ala bilər: onun güclü fantaziyasından, gözəl və axıcı dilindən, maraqlı hekayə anlatmasından, insanı yaxşı tanımasından və xüsusilə sevgi mövzusunda insanın yaşadıqlarına göstərdiyi anlayışdan. Sevgi onun yaradıcılığında ən əsas mövzulardan biridir.
Əsər 46 yaşlı qadının hər il avqust ayında bir adada dəfn olunan anasının qəbrini ziyarətə getməsindən və hər il orada baş verən hadisələrdən bəhs edir. Qadının yaşı ilə ilin avqust ayının bəlkə də oxşarlığı var. Ömrün 46-cı ili hələ insanın payız dövrünə qədəm qoymamasıdır. Həyatın yarısı artıq keçib. Buna görə də insan geriyə baxır, həyatını dəyərləndirir, nəyisə qaçırıb-qaçırmadığını düşünür və doğrudan da xoşbəxt olub-olmadığını özünə sorğulayır.
Ağustosta GörüşürüzGabriel Garcia Marquez · Can Yayınları · 20251,799 okunma
Orhan Kemal bu əsərdə bir cəmiyyət yaradıb, orada kişilər hüquqsuzdur, evdə oturur, arvadları tərəfindən döyülür, küçələrdə qadınlar tərəfindən qısnamalara məruz qalır, göz yaşları daim ovuclarındadır, uşaqlara baxır, fahişəliklə məşğul olurlar, rəhbər vəzifələr qadınlardadır, bir sözlə kişilər üzərində idarəetmə qadınlardadır.
Tersine DünyaOrhan Kemal · Everest Yayınları · 20214,069 okunma