Yapon yazıçısı Tatsuo Hori bu əsərdə vərəm xəstəliyindən əziyyət çəkən nişanlısından yazıb. Əsərin qəhrəmanının kim olduğu müəyyən edilməsə də, yazıçının həyatına baxanda, bu əsəri nişanlısına həsr etdiyini başa düşmək olur. Onun da nişanlısı əsərdəki Setsuko kimi vərəm xəstəliyindən əziyyət çəkib. Külək qalxsa da, əsərin qəhrəmanları sonunu bilsə də yaşamağa cəhd edir. Xəstəliyin irəlilədiyi bir vaxtda müəllifin içində ümid və qorxu eyni anda yaşayır. Yaşamaqsa bəzən müəllifin dediyi kimi sadəcə nəfəs almaqdan ibarət ola bilər.
Müəllifin özü də 48 yaşında vərəm xəstəliyindən vəfat edib.
Yapon yazıçı Osamu Dazainin bu əsəri də digərləri kimi kədərlidir. Əslində tam kədərli demək olmaz, sadəcə həyatda inamsız yaşayan bir məktəbli qızın bir gün ərzində yaşadığı hadisələr, dünyaya baxışı, düşüncələri göstərilir.
Öğrenci KızOsamu Dazai · İthaki Yayınları · 202213,6bin okunma