Alikhan Hatamov

Alikhan Hatamov
@Agadii

Alikhan Hatamov

, bir kitap okudu
9/10
·544 syf.··
Beğendi
·
5 günde okudu
·
Okunma: 14 Kasım 2024 00:00
·
2024 5. kitabı
Richard Dawkins
8.2/10 · 4.109 okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
Şantaram
9/10
·832 syf.··
Beğendi
·
2024 7. kitabı
·
15 günde okudu
·
Okunma: 04 Aralık 2024 00:00
Carla - "If a man wants to hide his feelings, he hesitates to talk, but if he wants to hide his thoughts he looks at another side. For women it's vice versa." 16-20 yaşlarda dünyanın digər ölkələrini, şəhərlərini, bölgələrini kəşf etmək istəyi yarananda cavablayan (yaranmasa da yaradan) bir kitabdır. Qısaca dünyanın digər ucundakı həm rəngarəng, həm qaramtıl, həm təmiz, həm kirli, həm məsum, həm günahkar şəhəri (Bombey), yaxud şəhərləri (Kəraçi, Kvetta və s.) və həmin şəhərlərdə baş verənlər haqqında yazılmış dualist bir romandır. Kitabı oxuyacaqsınızsa, praqmatik və konservativ ideyalarınızı kənara qoymaq lazımdır. Əslində konservativ tərkib də əks edilir yazılarda. Bir sözlə, fəlsəfə və fəlsəfi konsepsiya ağırlıq təşkil edir. Action, thriller, criminal janrdakı Bollywood filminin kitab versiyasına bənzəyir. Oxuduqca vicdanınızı sorğu-suala tutacaq, dünyəvi təsəvvürlərinizi genişləndirəcək, kitabın əvvəlində bəlkə qınadığınız düşüncələri/şəxsləri axırda dəstəkləyəcəksiniz. Şantaram- fəlsəfə dadında kriminal həyat dolu və ölümlü bir romandır Kitabı nəzərə alaraq tövsiyə edə biləcəyim bəzi filmlər: "Lost In Translation", "Taxi Driver", "Fight Club" və s.
Düalizm
ŞantaramGregory David Roberts · Qanun Nəşriyyatı · 20192,080 okunma
Satranç
5/10
·83 syf.··
2024 13. kitabı
·
25 saatte okudu
·
Okunma: 31 Aralık 2024 00:00
Kitabla bağlı düşüncəm Zaman Makinesi kitabı barədə düşüncələrimlə oxşardır. Kitabı oxumadıqda çox bir şey itirmirsiniz. Sadəcə bu kitabdakı adamın anlatdığı şəraitə bənzər yerdə oxuduğum üçün kitaba qarşı xüsusi bağlılığım olacaq Good-bye
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020279,2bin okunma
Zaman Makinesi
4/10
·120 syf.··
2024 6. kitabı
·
8 günde okudu
·
Okunma: 17 Kasım 2024 00:00
Kitabdan çox güclü dərs, həyat təcrübələsi silsilələri, yaxud xoş keçən əyləncəli vaxt... qazanmasam da müəyyən qədər elmi-fantastik olan bu kitabdan bəzi elmi-analitik biliklər və çox güman heç eşitmədiyiniz mistik düşüncələr əldə etmək kimi fürsətiniz var. Amma bir yazıçı kimi H. G. Wells 'i bəyənirəm. Kitabı oxumasanız da bir şey itirmirsiniz. Yazıçının gələcək cəmiyyət insanları və onların davranışları barədə futuristik ideyalarını kitabı oxuduqca anlamaq olur. Əxlaq normaları, sosial sərhədlər, tabular və ehkamlara qarşı baxışlar haqqında geniş təsəvvür və ya (daha doğrusu) təsəvvürsüzlük yaradan bir kitabdır.
Fantastik
Zaman MakinesiH. G. Wells · Türkiye İş Bankası Kültür Yayınları · 202437,1bin okunma