Nağılvarı təhkiyəsi ilə oxucunu dənizin ortasında bir səyahətə çıxarıb insan və həyat qarşıdurmasını anladan Ernest Heminqueyin qələmə aldığı mirvari...Hekayə Manaf Süleymanovun tərcüməsi ilə daha da gözəlləşib desəm mübaliğə etmiş olmaram. Kiçik həcmli olmasına baxmayaraq, böyük dəyərə sahib olan bu hekayə qoca balıqçı Santyaqonun dənizin ortasındakı ölümünə və ümid dolu mübarizəsindən bəhs edir. O nə qədər yaşlı olsa da heç vaxt ümidlərinin sönükləşməsinə izn verməz, hər günə yeni bir həyat, yeni bir möcüzə kimi baxardı. Onu həyata, yaşama bağlayan bəlkə də səbr və optimist baxışı idi. Dənizə çıxdığı 84 gün ərzində əliboş qayıdan qoca Santyaqodan hər kəs əlini üzmüşdü-bir nəfər xaric. O da Satyaqonun balıqçılıqla bağlı hər şeyi öyrətdiyi Manolin adlı oğlan idi. Manolin qocaya olan inancını heç vaxt itirməmişdi. Əlbəttə ki, bu inanc da qocanın stimul və motivasiya qaynağı idi. Həyatda da elə deyilmi? Heç bir kəs bizim o işi bacaracağımıza inanmadığı təqdirdə biri çıxar və sonuna qədər yanımızda olduğunu hiss etdirər və bu inanc sonrasında həyatımıza möcüzələr gətirər. Qoca yeni bir gün dənizə çıxanda bu səfər digər balıqçıların getməyə tənəzzül etdiyi hissəni daha da keçərək dənizin ortasına çatır. Bu çatdığı yer qəsəbənin belə görünmədiyi, qocanın və dənizin baş-başa qaldığı bir okeanın düz ortasıdır. Eynilə konfort zonamızdan çıxıb yeni bir mübarizədə həyatla dirəşməyimiz kimi. Qocanın heç gözləmədiyi anda qarmağına o günə qədər heç kəsin tutmadığı böyüklükdə bir tuna balığı keçir və bu an hər iki canlı arasında yaşam uğrunda ölüm-dirim mübarizəsi başlayır...
Ümid, Səbr, İnanc, Uğur, Əzmkarlıq məsələlərini çox sadə və təsirli bir dillə hekayənin ruhuna işləyən bir zərgərin həyatına intiharla son verməsi isə məni ən çox üzən hadisə idi...
Kitabı oxuduqdan