Ağapaşa İsmayılov

Ağapaşa İsmayılov
@Agapasha
"Fakat Müzeyyen bu derin bir tutku."
Müəllim
ADPU
Bakı
31 okur puanı
Ağustos 2020 tarihinde katıldı
Şu anda okuduğu kitap
Puan vermedi
Giovanni Drogo hərbi vəzifəsini yerinə yetirmək üçün şimalında Tatar çölünün olduğu Bastiani qalasına təyinatı verilən bir leytinantdır. Çölün ortasındakı bu qalaya ilk ayaq basdıqda buranın ona heç uyğun olmadığını hiss etsə də vəzifəsini itirmək qorxusu ilə 4 ay burda qalmağa və sonrasında başqa bir yerə təyinat üçün müraciət etməyə qərar verir. Uyğunlaşmağın, öyrəşməyin və komfortun yaratdığı illuziya nəticəsində Drogonun 4 ay zənn etdiyi bu müddət daha da uzanaraq onu ömürlük qalanın ayrılmaz bir parçasına çevirməyə başlayır... Hər birimizin içində arzularımızın, xəyallarımızın və gələcəyimizin qatili olan bir Bastiani qalası var. Biz içimizdəki o qalaya özümüzü həbs edərək həyatımızı dəyişdirəcək yaxşı şeylərin baş verməsini gözləyirik. Sadəcə gözləyirik. Bu xəyalların gerçəkləşməsi üçün heç bir cəhd etmədən gözləyirik. Bəzən insanı ayaqda tutan ümid diqqət edilməyəndə insan üçün ən təhlükəli şey ola bilir. Boşluq hissi aşılayan bir ümid insana yanlış seçimlər və qərarlar qəbul etməyi təlqin edir. Bu isə bizim letargiya yuxusuna yatmağımız üçün oxuduğumuz layladan başqa bir şey deyil...
Tatar ÇölüDino Buzzati · İletişim Yayınevi · 201819,8bin okunma
Reklam
Puan vermedi·296 syf.··
2022 8. kitabı
·
6 günde okudu
·
Okunma: 25 Şubat 2022 12:34
Bəlkə də gerçəkləşdirmək istədiyimiz xəyallarımız bizim özümüzü daha rahat ifadə edə biləcəyimiz potensialına sahib olduğu üçün ondan əl çəkməyimiz çox çətin olur. Üstəlik ailə və o can atdığımız xəyallar arasında seçim etmə məcburiyyəti və qərarsızlığımız bizə eksiztensialist sancılar çəkməyin qaçınılmaz olduğunu pıçıldayır..Hər şəyə biganə yanaşıb olmaq istədiyin insan olmaq asandırmı? Vecsizlik və biganəlik hər şəydən əl çəkə biləcək qədər, onları itirməyi gözə ala biləcək qədər və onlarsız yaşaya biləcək qədər sadədir mi? Roman məşhur fransız rəssam Pol Qogenin ədəbi versiyası olan Çarlz Strikləndin hər şeyi atıb rəsm çəkmə arzularının ardınca getməsindən bəhs edir..Somerset Moemin mini klassika seriasıyından olan ''Qisas'' kitabını oxuyanda Stefan Zweig üslubunu xatırlamışdım. Klassik kitab oxumağa çəkinən oxucular rahatlıqla Somerset Moemdən mütaliə edə bilərlər.
Ay və Qara QəpikW. Somerset Maugham · Qanun Nəşriyyatı · 2015750 okunma
Puan vermedi
"Norveç Meşəsi" kitabını bitirəndən sonra Kobo Abe'nin "Qumluqdakı qadın" romanını araşdırıb oxumağa qərar verdim. 112-ci sehifəyə qədər bəh-bəhlə oxuyurdum ki, növbəti səhifənin 81-dən başlaması və 96-cı səhifəyə qədər təkrarlanması mənim üçün xəyal qırıqlığı oldu. Hətta 96-cı səhifədən sonra 129-cu səhifədən davam etməsi, romanın süjet xəttinin bir yerdən qırılması və naməlumluq içinə düşmək bir oxucu üçün çox qəribə haldır... Bu səhv tutmaq və ya nəşriyyatı günahlandırma postu deyil, sadəcə oxucu dostlarımız üçün maarifləndirici bir mətndir. İstər yeni, istərsə ikinci əl kitab alanda bir neçə dəqiqə vaxtınızı ayırıb alacağınız kitabı yoxlamağınızı tövsiyyə edirəm. Məlum məsələdir ki, şəhərdən yolu uzaq olan oxucularımız da var. İki-üç gün vaxtı keçən kitabların oxunması ehtimalına görə dəyişdirilmədiyini bilirsiniz. Buna görə bir az diqqətli olun... Xoş mütaliələr. Gününüz xoş keçsin...
Qumluqdakı QadınKobo Abe · Qanun Nəşriyyatı · 02,889 okunma
Puan vermedi·432 syf.··
2022 7. kitabı
Yapon ədəbiyyatından ilk dəfə oxumağa qərar verəndə ədəbi təmənnalarımı qarşılamayacağını düşünsəm də Murakaminin məni yanıltdığını deyə bilərəm. Roman tam avtobioqrafik olmasa içində yazıçının həyatıyla səsləşən hadisələr də var. İçində həyatın hər üzünü göstərdiyi bu depresif romanı oxuyanda çox qəribə hisler keçirdim. Sevginin biz düşündüyümüz qədər də sadə tərifinin olmadığını, insandan insana fərqli formalara girə biləcəyini gördüm. Yapon gənclərinin tənhalaşması və həyata tutuna bilməsi, çıxış yolunu intiharlarda görməsi çox acı verici idi. Romanın qəhrəmanı Vatanabe də dostu intihar edən bir gəncdir. Onun intiharından sarsılıb başqa bir şəhərə gəlsə də dostunun sevgilisi Naoki ilə yenidən qarşılaşması bu unutmağa çalışdığı ölümü ve kədəri həm xatırlayıb, həm də intihar edən dostunun sevgilisinə aşiq olması onu içindən çıxılmaz bir labirintə salır. Üstelik Vatanabenin sevgisine ehtiyac duyan Midori adlı qız da onun həyatını çətinləşdirməkdədir. Vatanabenin həm həyatını xilas etməyə çalışdığı Naoki, həm də tənhalığını bölüşdüyü, üzməməyə çalışdığı Midori arasında seçim etməyə məcbur qalması onu daha da girdaba və depresiyyaya sürükləyir..Naoki ölümün, Midori isə həyatın simvoludur.. Kitabın adı Beatles qrupunun ,,Norwegian Wood,, mahnısı ile bağlıdır. Bu mahnı Naokinin ən sevdiyi mahnıdır , Vatanabenin hər dinlədikcə Naokini xatırladığı mahnı. Mənimse qulaqlarımdan heç vaxt silinməyəcək bir mahnı...
Norveç MeşəsiHaruki Murakami · Qanun Nəşriyyatı · 202013,9bin okunma
Puan vermedi
Nağılvarı təhkiyəsi ilə oxucunu dənizin ortasında bir səyahətə çıxarıb insan və həyat qarşıdurmasını anladan Ernest Heminqueyin qələmə aldığı mirvari...Hekayə Manaf Süleymanovun tərcüməsi ilə daha da gözəlləşib desəm mübaliğə etmiş olmaram. Kiçik həcmli olmasına baxmayaraq, böyük dəyərə sahib olan bu hekayə qoca balıqçı Santyaqonun dənizin ortasındakı ölümünə və ümid dolu mübarizəsindən bəhs edir. O nə qədər yaşlı olsa da heç vaxt ümidlərinin sönükləşməsinə izn verməz, hər günə yeni bir həyat, yeni bir möcüzə kimi baxardı. Onu həyata, yaşama bağlayan bəlkə də səbr və optimist baxışı idi. Dənizə çıxdığı 84 gün ərzində əliboş qayıdan qoca Santyaqodan hər kəs əlini üzmüşdü-bir nəfər xaric. O da Satyaqonun balıqçılıqla bağlı hər şeyi öyrətdiyi Manolin adlı oğlan idi. Manolin qocaya olan inancını heç vaxt itirməmişdi. Əlbəttə ki, bu inanc da qocanın stimul və motivasiya qaynağı idi. Həyatda da elə deyilmi? Heç bir kəs bizim o işi bacaracağımıza inanmadığı təqdirdə biri çıxar və sonuna qədər yanımızda olduğunu hiss etdirər və bu inanc sonrasında həyatımıza möcüzələr gətirər. Qoca yeni bir gün dənizə çıxanda bu səfər digər balıqçıların getməyə tənəzzül etdiyi hissəni daha da keçərək dənizin ortasına çatır. Bu çatdığı yer qəsəbənin belə görünmədiyi, qocanın və dənizin baş-başa qaldığı bir okeanın düz ortasıdır. Eynilə konfort zonamızdan çıxıb yeni bir mübarizədə həyatla dirəşməyimiz kimi. Qocanın heç gözləmədiyi anda qarmağına o günə qədər heç kəsin tutmadığı böyüklükdə bir tuna balığı keçir və bu an hər iki canlı arasında yaşam uğrunda ölüm-dirim mübarizəsi başlayır... Ümid, Səbr, İnanc, Uğur, Əzmkarlıq məsələlərini çox sadə və təsirli bir dillə hekayənin ruhuna işləyən bir zərgərin həyatına intiharla son verməsi isə məni ən çox üzən hadisə idi... Kitabı oxuduqdan
Qoca və DənizErnest Hemingway · Parlaq İmzalar Nəşriyyatı · 201940,9bin okunma
Reklam