Otağın divarları bomboşdu. Neçə il bu evdə necə yaşamışam? Günlərin bir günü ürəyimdən divardan bir rəsm asmaq keçmədimi? Mən nə etdim? Heç kim də xəbərdarlıq etmədi. Buna görə də mənasız bir adam oldum. Beləcə, sonum gəlib çatdı. Pis bir rəsm asmaqdan qorxub heç rəsm asmadım, pis yaşamağın qorxusundan heç yaşamadım.
“Məni bir gün unudacaqsan, bir gün atıb gedəcəksən boş-boşuna yorma”, -deyərdi,- “Boş yerə mağaramdan çıxartma məni. Vərdişlərimi, xüsusilə də, təklik vərdişimi itirməyimə səbəb olma. Boşuna narahat etmə məni.”
Halbuki mən hər an sənə baxmaq, bircə sözünü qaçırmamaq, bircə tərpənişini, üzünün hər an dəyişən bütün kölgəsini izləmək, hər an yeni sözlər tapıb demək istəyirəm.