Mən gecələri o qədər sevirəm ki. Onun sakitliyini, kölgəsiz siluetləri, gündüzləri heç vaxt rast gəlməyəcəyiniz baxışları.. Sanki biri digərinin varlığından xəbərsiz iki dünya şəhəri paylaşır.
- Deyəsən, təkliyi xoşlayırsan? - o, əlini çənəsinə dayayaraq soruşdu. Səfərlərə tək çıxırsan, mühazirələrə tək qulaq asırsan, yeməyi tək yeyirsən…
- Təkliyi heç kim xoşlamır. Sadəcə, istəmirəm heç kimi mənimlə olmağa məcbur eləyim. Belə şeylərdən sonra adama ancaq məyusluq qalır.