Akvinat varlıqlar zəncirini rolları Tanrı tərəfindən verilən arıların pətəyi kimi təsvir edirdi: bəziləri bal toplayır, bəziləri pətəyin divarlarını toxuyur, digərləri də kraliça arıya xidmət edir. İnsan iqtisadiyyatı da buna bənzəyir. Bəzi insanlar torpaqda işləyir, bəziləri dua edir, bəziləri isə kral üçün döyüşür. Əsas acgöz olmamaq və başqalarının puluna həsəd aparmamaqdır.
Hökumətlərin fəaliyyəti pul qazanmağa çalışan müəssisələrin fəaliyyəti ilə eyni qaydada araşdırılmalı idi. Siyasətçilər və hökumət rəsmiləri hər kəs kimi öz maraqlarını güdən insanlar idi.