Rasional iqtisadi insanlar arzu və istəklərini hesabladıqdan sonra bǝyǝndikləri şeyi alırlar. Bəs bu arzular haradan qaynaqlanır? Arzular bir insanın tarixindən və mədəniyyətindən, əksər iqtisadi nəzəriyyənin əlaqəli olmadığı sahələrdən qaynaqlanır. Veblenin fikrincə, insanlar nə alacaqlarına və vaxtlarını necə keçirəcəklərinə rasional hesablama yoluyla qərar vermirlər. İnsanların seçimlərini həqiqətən başa düşmək üçün onların instinktlərinə və vərdişlərinə, böyüdükləri cəmiyyətlərin formalaşdırdığı şeylərə baxmad lazımdır.