Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯
Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
"Ne melek ne de şeytan bunu yapamaz," dedi yavaşça, "Kötülüğün işleyişine sevinmek, yalnızca insanı etkileyen geçici bir çılgınlıktır. Kötülükten gerçek bir sevinç çıkması için, Kaos tekrar gelmeli..
Sevda qovuşdurdu bir zaman bizi,
Əvvəl dövrəmizdə yox idi kimsə.
Səadət sardıqca ürəyimizi,
Könüllər dil açıb verdi səs-səsə.
Vaxt çatdı, üç olduq, sonra beş olduq,
Dillərə dolaşdı məhəbbətimiz.
Sanki yem daşıyan bir cüt quş olduq,
Açdıq hər tərəfdə təzə cığır, iz.
İllər ötüşdükcə böyüdü onlar,
Hər övlad bir yuva qurdu özünə.
İstəyə çevrildi saatlar, anlar,
Hərə bir doğmanı qısdı köksünə.
İndi də hər dərdi daşıyırıq cüt,
Yenə də köklüdür qəlblərin simi.
İndi də bir yerdə yaşayırıq cüt,
Guya övladımız olmamış kimi...
Həyat yoldaşım Firuzəyə
Tacəddin Şahdağlı