"Off, Dostodu da, hər kəs çox şişirdir" deyirəm, amma elə sevirəm ki qələmini...artıq oxumadığım 2-3 əsəri qalıb.
Yazarın ilk kitabıdır "Yoxsul İnsanlar" əsəri və nədənsə çox insam sevmir, amma mən çox sevdim. Sevdiyim nə idi soruşsanız, əlbəttə, mənə yaşatdığı hisslər.
Əsərin mərkəzində Makar Devuşkin və Varvara Dobroselovanın məktublaşmaları dayanır. Onların gündəlik həyatdakı xırda sevincləri, böyük iztirabları, sarsıdıcı yoxsulluq gerçəkliyi bizə təqdim olunur. Mənə görə isə, kitabdakı əsas mövzular dedikdə ağlıma, "yoxsulluq və alçaldılma", "məhəbbət və mərhəmət", bir də "kiçik insanların böyük dramı" gəlir.
Dosto mənim üçün, sadə, kiçik insanların hiss etdiklərini böyük ədəbiyyata gətirən yazardır. Əsərin əsas məğzi də elə bundan ibarətdir. Kiçik insanların böyük dərdləri.. əsər göstərir ki, kasıblıq, yoxsulluq təkcə maddi vəziyyət yox, həm də qəlbin sınmasıdır baş qəhərəmanlar nə yaşasalar da, qəlblərindəki o mərhəmət hissini itirmirdilər. Bəs elə, bizi biz edən də mərhəmət deyil mi..