hayatınışekillendirmeyeçalışanbiri

hayatınışekillendirmeyeçalışanbiri
@Alexxalizada
Mənim üçün mütaliə rəqəmlər və statistika yarışı deyil, sadəcə kəşf etməyin verdiyi o saf maraq və həzzdir. Kitabları saymaq üçün deyil, yaşamaq üçün oxuyuram. Ona görə bu platformada hər ilin əvvəli qoyulan "hədəf kitab sayısı" məntiqsiz görünür.
Etimoloji Defteri
Mücellit Nedir ?
Həsrətin elmi izahı
Tachyon - bu, təkcə nəzəriyyə deyil, bəlkə də həsrətin elmdəki izidir. Həsrət bəzən bir hiss deyil, vaxtın içində ilişib qalmış bir an kimidir. O an sanki yaşanmalı idi, amma keçib getdi. Ya da heç yaşanmadı, sadəcə daxilində iz qoydu. Bax, tachyon da bu cürdür: o, zamanın normal axışına tabe olmur. Gələcəkdən keçmişə doğru hərəkət edə bilir. Yəni olmayan bir şeyin təsiri, olmuş kimi hiss etdirə bilər. Həsrət də eynən budur. Bəzən hələ baş verməmiş bir şeyə darıxırsan. Sən onu yaşamamısan, amma ruhun sanki onu tanıyır. Bu tanışlıq haradandır? Haradan gəlir bu qədər yaxınlıq? Bəlkə də tachyonların gətirdiyi informasiyadandır vaxtı aşıb gələn bir xatirənin izi kimi. Həsrət, əslində, gecikmiş bir görüş, deyilməmiş bir cümlə, toxunulmamış bir əldir. Bunların hər biri, tachyonun mahiyyətində olduğu kimi, real olub olmaması arasında qərarsızdır. Varla yoxun sərhədində dayanar. Elə bil ürəkdə var, amma həyatda baş verməmişdir. Və sən bu hisslə yaşayırsan hələ yaşanmamış, amma dərinlərdə çoxdan var olan bir şeyə darıxaraq. Bu da tachyonun insan ruhundakı izidir. O, fiziki aləmdə yoxdursa da, hisslərin dərinliyində var. Tachyon darıxmaq üçün səbəb gözləməyən bir hissin elmi qarşılığıdır. Vaxtı aşan, səbəbsiz yaranan və keçmişlə gələcək arasında çırpınan bir həsrətin izahıdır.
Bu xəzridə gedək dənizi izləyək.
Unudulmuş çərçivələr otağı
Zaman axşamla gecə arasında qalıb - sanki Tanrı fırçasını dayandırıb, günün son rəngini vurmadan öncə bir anlıq düşünməyə qərar verib. Otaqda abajurun köhnəlmiş sarı işığı divarlarda yorğunluq kimi sürünür. Pəncərə açıqdır, lakin külək girmir; çöldəki hava içəriyə toxunsa, bu sükutun tarazlığını poza bilərmiş kimi ehtiyatlıdır. Divara söykənmiş boş çərçivələr var. İçlərində şəkil yox, sanki zamanın içində solmuş hisslər yuxulayır. Onlar dinləmir - onlar xatırlayır. Kresloda oturan şəxs başını yana əyib sükuta qarışmış, baxışları görünməz bir xatirənin kölgəsində itib. Digəri pəncərə qarşısındadır - nəfəsi yox, varlığı görünür. Onun səsi gəlir, amma bu, bir səsdən çox, otağın öz içindəki qırıq bir melodiyanın təkrarıdır. Kreslodakı, uzun bir susqunluqdan sonra tavana baxaraq deyir. - Sən dəyişmisən... Səsi otağın içindəki toz zərrəcikləri kimi, sakit və ağırlıqlı enir. Bu cümlə bir sual deyil. Bu bir itkinin pıçıltısıdır. Pəncərə qarşısındakı şəxs cavab vermir. Sadəcə baxır - çöldəki qaranlığa, sanki orda itmiş bir cavabı görmək istəyirmiş kimi. Nəhayət, alçaq səslə: - Mən yox... sadəcə hisslər yuxuya getdi. Kreslodakı başını aşağı salır, əlləri dizində birləşir: - Bəs indi? İçində sükutdan başqa nə var? - Sükut da danışır, - deyə cavab verir o biri, - amma onun dili yoxdu. Yalnız susqunluğun içində gizlənmiş niyyətləri var. - Və sən onlarla yaşayırsan? Dərindən nəfəs alır. Qaranlıq otağa içəri dolan işıq sanki bir anlığına çəkilir sonra geri qayıdır. - Mən onlarla nəfəs alıram. Amma bilirsən, havanın dadı kimi canım da tədricən yoxa çıxır, udulub qaranlıqda itir - Bəlkə də sən nəfəs alırsan, - kreslodakı şəxs deyir, səsi indi daha çox xatirə kimidir, - Hər nəfəs sanki dilsiz bir çağırışdır, içinə dolur, amma səni yaşamır. - Bilirsən nə sıxır məni? - deyə pıçıltı ilə