Kitabı təxminən 90 dəqiqəyə bitirdim, sürətli gedirdi. qaraqanın axırıncı dəfə oxuduğum addım trilogiyasından fərqlənirdi. kitabda insanların hər şeyi öz mənafeyəsinə görə etdiyi, təmiz qəlbli kəslərin yox deyəcək qədər az olduğu deyilirdi. Azərbaycan cəmiyyətinin dünyasının sadəcə özlərindən ibarət olduğu, rüşvətlər, vəzifəli insanların digər təbəqədən fərqlənməsi gözə çarpırdı. mənə də təsiri oldu, çünki əksər insanlar kimi məndə çox vaxt öz dünyamda yaşayıram bir az passivəm və bəzən digər insanların fikrinin təsirinin altına düşərək qəlbimlə yox onların istədiyi tərzdə hərəkət edirəm. daxilimin dəyişməməsi üçün çalışıram, bəli biz dəyişirik bir şəxsiyyət kimi formalaşırıq amma qəlbimizi,hislərimizi unutmamalı və kiminsə xoşuna gəlmək üçün dəyişdirməməliyik. Daha çox özlüyümdən çıxardığım nəticəni dedim , hər kəsin baxış açısı fərqlidir,kitabdan başqa nəticə çıxara bilər. Odurki dəyərli vaxtınızı ayırıb bu kitabı oxuyun, sanki daxilinizin nə yerdə olduğunu yoxlayırsınız.
29.01.2024