«Yaxşı, bəs beləysə, biz sadəcə bir-birimizin ola bilmərikmi? Bəs nə üçün bu təbii, insani istəyə mütləq cürbəcür don geyindirmək lazımdır - nə bilim hiss, duyğu, məhəbbət, intizar, nə bilim daha nə cür təmtəraqlı, boş-boş bekara sözlər. Nə üçün, axı nə üçün bu qədər yersiz hədər, havayı söz demək lazımdır? Nə üçün bu qədər danışmaq lazımdır? Əgər biz hər ikimiz bunu istəyiriksə, bu olmalı dısa, mütləq olacaqsa, bütün bu sözlər, nə mənim, nə də onun inanmadığı sözlər, duymadan, istəmədən kimə lazım dır? Mənə yox, ona yox. Bəs kimə? Burada bizdən başqa kim var ki? Heç kəs... Ancaq yenə də nə mənə, nə də ona lazım olan sözlər deyilməlidir, sanki burda kimsə, başqa bir görünməz var, onun xatirinə, onun başını tovlamaq üçün. Nə qəribə! Bəlkə bu da bir dəbdir, adət-ənənədir?