İllər keçsə də, sənin gözəlliyin heç vaxt itməyəcək. Sən mənim gözlərimdə həmişə o iyirmi yaşlarında olduğun kimi qalacaqsan. İncə belli, uzunsaçlı, ağbəniz, gül qoxulu.. Xarici görünüşün dəyişsə belə, saçların qısalsa da, qoxunu dəyişsən də, mənim yaddaşımda həmişə o çağ lardakı kimi qalacaqsan. Unudulmayacaqsan, sən əsla unudulmayacaqsan...
Səni sevmək...
Əslində, bunu sözlərlə izah edəcək qədər güclü yazar deyiləm, amma belə deyim: "Xəstə olan birini xəstə olacağını bilə-bilə öpmək kimi!" Qısa və dəqiq, bu qədər!