Andrey Yefimiç

Andrey Yefimiç
@Alimam
Tibb
Bakı
8 Eylül
33 okur puanı
Eylül 2019 tarihinde katıldı
Sizə 3 sualım var.Biri əxlaqi,biri fəlsəfi,biri də praktiki.
8/10
·408 syf.··
2021 31. kitabı
·
1 saatte okudu
·
Okunma: 27 Ağustos 2021 06:46
Əxlaqi sual:Dəyər verdiyiniz birinin ölümlə üzləşdiyini düşünün.Sizin onu 50% ehtimalla qurtarmaq şansınız var.Digər 50 % ehtimalla hər ikiniz öləcəksiniz.50%ehtimalla ölümü gözə alıb ona yardım mı
Roman
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024760 okunma
Reklam
Gecə hamilədir, kim bilir sabah nə doğacaq!
9/10
·256 syf.··
2021 29. kitabı
·
34 saatte okudu
·
Okunma: 05 Ağustos 2021 19:47
Başlıca Qarabağ xanlığı olmaqla Azərbaycan xanlıqları dövründən bəhs edən tarixi roman. Tarixi romanların digər janrlardan sevdiyim fərqi bəhs edilən dövrdəki tarixi hadisələr haqda bilgiləndirməsidir.Bu tarix yaşadığımız coğrafiyanı əhatə edirsə daha da maraqlı hal alır.Romanın adından da məlum olduğu kimi xanlıqlarımızın iki od arasında yəni Rusiya və İran arasında qalmasıdır ki,hər 2 tərəf buranı ələ keçirmək istəyir.Kitabda azərbaycan və erməni xalqları arasındakı münasibətdən,bu münasibətin necə və kimlər tərəfindən pozulmağa çalışıldığından da bəhs olunur. Çəmənzəminlinin məharətlə istifadə etdiyi söz yaradıcılığı,çoxlu yer verilən atalar sözləri və məsəllər kitabı daha da oxunaqlı edir. Romanın ümumi gedişini Dostoyevskinin romanlarına bənzədirəm.İlk başlarda hər şey sakit halda davam edir, sonlara yaxın isə hadisələr üst-üstə gəlməklə oxuyucunu təlatümə salır. Çəmənzəminlinin bu romanı 1937-ci ildə yazdığını nəzərə alsaq, kitabda bir sıra köhnəlmiş sözlərə rast gəlinir.Tövsiyəm belə sözləri adlamamaq və izahlı lüğətdən istifadə etməkdir ki, bu halda hadisələri daha düzgün başa düşmək olar.
Roman
Qan içindəYusuf Vezir Çemenzeminli · Qanun Nəşriyyatı · 2019200 okunma