Alixan Qarayev

Alixan Qarayev
@Alixaand
think. create.
Sumqayıt
Sumqayıt
44 okur puanı
Ağustos 2019 tarihinde katıldı
Yaşanıla bilən ən yaxşı həyat
10/10
·304 syf.··
2026 4. kitabı
·
984 günde okudu
·
Okunma: 14 Mart 2026 16:04
Diqqət yayındıran alətlərlə dolu, səs-küylü dünyamızda gördüyümüz işə tam diqqətimizi verməməyimizin həyatımızı necə dolu-dolu yaşamağımıza mane olduğunu qeyd edən yazıçı kitabın əsas qayəsi olan bu cümləni dəfələrlə nəzərimizə çatdırır: "Fokuslanmış bir həyat yaşayacam, çünki yaşanıla bilən ən yaxşı həyat budur." Kitab boyunca yazıçı bu teoriyanı sübut etmək üçün özünün və tarixdə yaşamış, hələ də yaşamaqda olan insanların həyatlarından misal gətirərək tam diqqətlə iş görmək bacarığının insana nələr qazandıra biləcəyini göstərməyə çalışır. Yazıçının ötürmək istədiyi əsas ideyanı qavrayanda o nəticəyə gəlirsən ki, nə qədər əmək bazarında süni intellekt və ya bənzəri alətlər mövcud olursa olsun, əgər insan tam diqqət iş bacarığı ilə orijinal dəyər yaradırsa, o insan heç vaxt əvəzlənə bilməyəcək. Əvəzlənəcək yeganə şəxslər özlərini səthi işlərlə məşğul edib, bir işdə dərinləşməyən, səthi fikirləşməklə qərar verilə bilən işlərdə çalışan insanlar olacaq. Kitabı oxuyarkən bir şeyin də fərqinə varmaq olur ki, tam diqqət işləmək bacarığı və bir işdə dərinləşmək sadəcə əmək bazarında yer tutmaq üçün deyil, eyni zamanda mənəvi cəhətdən tətmin olmaq və görülən işdən zövq almaq üçün də vacibdir. İndidən mənim baş ucu kitabım oldu. Şəxsi-inkişaf kitablarını çox da bəyənən biri deyiləm, lakin bu kitabdakı tövsiyə və ideyaları öz həyatıma və gördüyüm işlərə tətbiq etməyə başlayanda aradakı fərqi hiss etməmək mümkün deyil idi. Yazıçının digər kitablarını da oxumağı fikirləşirəm.
Deep WorkCal Newport · Grand Central Publishing; 1st edition · 201650 okunma
Zirvədə qalmaq zirvəyə çıxmaqdan daha çətindir.
Puan vermedi·296 syf.··
2026 3. kitabı
·
17 günde okudu
·
Okunma: 26 Şubat 2026 08:43
Dyun seriyasının ikinci kitabında zirvəyə çatmış imperator Paulun zirvədə qalmaqda yaşadığı çətinliklərdən bəhs edilir. Birinci kitaba nisbətdə daha ağır gedir və hərəkətli səhnələr nisbətən azdır. Burada daha çox Paulun imperator olduqdan sonra içində olduğu ruh halını görürük. Bu da kitabda daha dərin mövzuların işlənilməsinə şərait yaradır. Birinci kitabda baharat timsalında neft və neft üzərindəki nəzarət uğrunda gedən siyasi oyunlara eyham vurulurdusa, bu kitabda Paulun cihadı timsalında din və din ilə idareetmə məsələlərinə toxunulur. Təsadüfi deyil ki, obrazların dilindən cəmiyyətin dini və sosioloji davranışlarına dair çox sayda təsbitlər deyilir və bu təsbitləri analoji qaydada öz cəmiyyətimizdə də görürük. Sonu barədə onu deyə bilərəm ki, məsələyə hansı mövqedən baxmaqdan asılı olaraq yaxşı və ya pis sonluq ola bilər. Paulun müdrikliyi prizmasından baxsaq, yaxşı, Alianın emosional ruh halından baxsaq pis sonluq idi. Qısa şəkildə belə deyim: Cəmiyyətin xoşbəxtliyimi, yoxsa fərdi xoşbəxtlik? Hansını üstün tutursunuzsa, ona uyğun bəyənib-bəyənməyəcəyiniz bir sonluq ilə bitir.
Dune MesihiFrank Herbert · İthaki Yayınları · 20218,7bin okunma
10/10
·704 syf.··
Beğendi
·
2026 2. kitabı
·
13 günde okudu
·
Okunma: 06 Şubat 2026 21:40
Eşq hekayələrini xoşlayan biri deyiləm amma Viktor Hüqonun bu kitabda təsvir etdiyi eşqin saflığı mənə onu başa saldı ki, problem eşq hekayələrində deyil, sadəcə həmin hekayələrin necə nəql
Gülən AdamVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2020366 okunma
7/10
·193 syf.··
2020 21. kitabı
·
5 günde okudu
·
Okunma: 23 Ağustos 2020 09:20
Dəyişiklik olsun deyə, xeyli vaxtdır ki, elmi-fantastik bir əsər oxumaq istəyirdim. İçimdə belə əsərlərə maraq o qədər artmışdı ki, tapdığım ilk elmi-fantastik əsəri heç bir araşdırma etmədən oxumağa
Uzayda KaybolanlarRobert A. Heinlein · K Yayınları · 197485 okunma
6 nömrəli palatadakı dəli filosoflar.
9/10
·68 syf.··
2020 20. kitabı
·
9 günde okudu
·
Okunma: 21 Temmuz 2020 10:49
6 nömrəli palata əsəri bir çox yerdə qarşıma çıxmış, ətrafımdakılar tərəfindən bir xeyli təriflənmiş və məsləhət görülmüşdü. Buna baxmayaraq həmişə bu əsəri oxumaq üçün doğru zamanı gözləyirdim.
Altıncı KoğuşAnton Çehov · Türkiye İş Bankası Kültür Yayınları · 202687,1bin okunma