Sosial mediya insanlara zəhmət çəkmədən diqqət cəlb etmək imkanı verir. Əsas məntiq budur: "Sən mənim paylaşımıma maraq göstərsən, mən də sənin paylaşımına maraq göstərərəm." Paylaşımın nə olmağı önəm kəsb etmir. Bu davranışa yol açan səthi anlaşmaya əsasən izləyicilərinizdən görəcəyiniz diqqət və marağa qarşılıq siz də onların paylaşımlarına maraq və diqqət göstərirsiniz. Bu da sizlərə qarşılığında heç bir zəhmət çəkilməmiş önəmli olma hissi aşılayır.
Həyatımda səthi olan nə varsa çıxartdım və daha da dərinə enə bilmək üçün yorulmadan çalışdım. Çünki dərinləməsinə yaşanan həyat sadəcə maddi baxımdan qazanclı deyil, eyni zamanda dolu-dolu yaşanan bir həyatdır.
Dyun seriyasının ikinci kitabında zirvəyə çatmış imperator Paulun zirvədə qalmaqda yaşadığı çətinliklərdən bəhs edilir. Birinci kitaba nisbətdə daha ağır gedir və hərəkətli səhnələr nisbətən azdır. Burada daha çox Paulun imperator olduqdan sonra içində olduğu ruh halını görürük. Bu da kitabda daha dərin mövzuların işlənilməsinə şərait yaradır.
Birinci kitabda baharat timsalında neft və neft üzərindəki nəzarət uğrunda gedən siyasi oyunlara eyham vurulurdusa, bu kitabda Paulun cihadı timsalında din və din ilə idareetmə məsələlərinə toxunulur. Təsadüfi deyil ki, obrazların dilindən cəmiyyətin dini və sosioloji davranışlarına dair çox sayda təsbitlər deyilir və bu təsbitləri analoji qaydada öz cəmiyyətimizdə də görürük.
Sonu barədə onu deyə bilərəm ki, məsələyə hansı mövqedən baxmaqdan asılı olaraq yaxşı və ya pis sonluq ola bilər. Paulun müdrikliyi prizmasından baxsaq, yaxşı, Alianın emosional ruh halından baxsaq pis sonluq idi. Qısa şəkildə belə deyim: Cəmiyyətin xoşbəxtliyimi, yoxsa fərdi xoşbəxtlik? Hansını üstün tutursunuzsa, ona uyğun bəyənib-bəyənməyəcəyiniz bir sonluq ilə bitir.
Dune MesihiFrank Herbert · İthaki Yayınları · 20218,7bin okunma