Alixan Qarayev

Alixan Qarayev
@Alixaand
think. create.
Sumqayıt
Sumqayıt
44 okur puanı
Ağustos 2019 tarihinde katıldı

Alixan Qarayev

, bir kitap okudu
Puan vermedi·296 syf.··
17 günde okudu
·
2026 3. kitabı
Frank Herbert
8.5/10 · 8,7bin okunma
Hangi tür kitapları seviyorsun? 🔎 Polisiye 💕 Romantik 🚀 Bilim Kurgu 🏰 Fantastik 📖 Klasik 🧠 Kişisel Gelişim 🏛️ Tarih 😱 Gerilim
10/10
·704 syf.··
Beğendi
·
2026 2. kitabı
·
13 günde okudu
·
Okunma: 06 Şubat 2026 21:40
Eşq hekayələrini xoşlayan biri deyiləm amma Viktor Hüqonun bu kitabda təsvir etdiyi eşqin saflığı mənə onu başa saldı ki, problem eşq hekayələrində deyil, sadəcə həmin hekayələrin necə nəql edilməsində imiş. Sən demə, bugünə qədər səhv yazıçıların eşq kitablarını oxuyurmuşuq. Balaca şəhzadədə bir sitat var idi: “Həqiqəti gözlər görə bilməz. İnsan ürəyi ilə anlamağa çalışmalıdır” Deya ilə Quinplen hekayəsində tale məcbur onları bu yolla sevməyə vadar edir. Deya kor, Quinplen isə eybəcərdir. Deya Quinplenin eybəcərliyini görə bilmir, onu qəlbi ilə sevir. Buna görə, kitabın bir yerində Quinplen ona özünün çirkin olduğunu deyəndə, Deya ona yanıldığını, onun çox yaraşıqlı olduğunu deyir. Deya burda demək istədiyi isə onun qəlbinin gözəl olması ilə bağlıdır. Çünki ona Quinplenin üz cizgiləri deyil, Quinpleninin ürəyinin gözəl olması lazımdır. Digər tərəfdən Quinplen eybəcər olduğuna görə heç bir qadın ilə münasibət qura bilmir, onu başa düşən Deyaya qarşı yönəlir. Bu kor qız tərəfindən sevilmək onun acı həyat təcrübələri ilə dolu həyatına bir məna qatır. Kasıblıq ilə yaşasalarda, onlar özlərini cənnətdə yaşayırmış kimi hiss edirlər. Çünki yazıçının da dediyi kimi onlar sevir və sevilirdilər. Kitabın sonundakı uzun monoloqlar isə əsərin kuliminasiya nöqtəsi idi. Quinplen və Deyanın bir-birinə bağlılığının necə böyük olduğu orada canlanır. Necə deyərlər, onların xəmiri balacalıqdan bir yerdə yoğrulmuşdu. Deyanın gözləri Quinplen idi, Quinplenin isə hər zaman gülən üzünün əksinə kədər dolu qəlbini Deya güldürürdü. Onlar sevgili deyil, bütöv bir orqanizm idilər. Buna görə biri olmadan digəri yaşaya bilməzdi.
Gülən AdamVictor Hugo · Qanun Nəşriyyatı, Əli və Nino Nəşriyyatı · 2020366 okunma
Sevən kişinin vicdanı - sevilən qadının qoruyucu mələyidir.
Sayfa 426·Kitabı okudu
Minnətdarlığı hiss etmək - özü bəs edir. Minnətdarlığın qanadları var və özü hara lazımdırsa ora da gedir. Sizin dualar hara uçmaq lazım olduğunu sizdən yaxşı bilir.
Sayfa 310·Kitabı okudu
Dünyada böyük bilinən hər şey uşaq böyüklüyü qarşısında acizdir.
Sayfa 193·Kitabı okudu