Amil Hüseynov

Amil Hüseynov
@AmilHussain
BSU, ATMU
Baku
6 Eylül
8 kütüphaneci puanı
284 okur puanı
Kasım 2021 tarihinde katıldı
Hmm, maraqlıdır
Qədim Yunanıstanda Narkisos adlı cavan oğlan var imiş, öz gözəlliyini seyr etməkdən doymazmış. Bir dəfə o, göldə öz əksinə baxarkən suya yıxılıb boğulub. O vaxtdan da göldə bitən çiçəyə nərgiz adı verilib, özünə məftun olanlar isə narsizm xəstəsi adlanıb...
Amil Hüseynov isimli okura yanıt verildi
Amil Hüseynov
justonemorepagee bunun üçün çox sağolun
Reklam
Hmm, maraqlıdır
Qədim Yunanıstanda Narkisos adlı cavan oğlan var imiş, öz gözəlliyini seyr etməkdən doymazmış. Bir dəfə o, göldə öz əksinə baxarkən suya yıxılıb boğulub. O vaxtdan da göldə bitən çiçəyə nərgiz adı verilib, özünə məftun olanlar isə narsizm xəstəsi adlanıb...
Amil Hüseynov
Maraqlı faktdı
" Hər gününü son günün kimi yaşa. Bir gün haqlı çıxacaqsan".
Amil Hüseynov
👍
Soyuq çay
İki gün əvvəl evə getmək istəmədiyim günlərdən birini yaşayırdım. Saat təxminən axşam altı radələrində bütün pessimistliyimlə və əlimdə Fransın kitabı ilə parkda oturmağı seçdim. Frans deyirəmsə, yəqin ki vəziyyətimin necə müşkül olduğunu anlamısınız. Düşüncələrim bir-bir xırdılanaraq, qəpik -quruş kimi ciblərimdən sanki ətrafa saçılırdı. Üzümü parkın mərkəzində olan fəvvarəyə tərəf tutaraq, əlimdə olan şəraitdən maksimum dərəcədə istifadə etməyə çalışırdım. Qulağımda Sezen Aksu "Hər şeyi yak" deyirdi və elə bu vaxt Frans ona qarşılıq verərək, -"Və budur, sizin məktubunuzu aldım, Milena. Bu fərqi necə izah etməli? Kimsə çirkabda uzanaraq ölüm yatağında can üstədir və bütün mələklərdən ən nəcibi olan ölüm mələyi gəlir, ona baxır. Bu adam ümumiyyətlə ölməyə cəsarət edəcəkmi?"-deyirdi. Kitab və mahnı sanki qarşılıqlı mübahisə edən iki cütlük kimi bir-birini tamamlayır, mən isə onların ağuşunda dünyadan əllərimi üzmüş şəkildə bir ahəngə qapılmış otururdum. Elə bu dəm də oturduğum skamyada bir hərəkətlilik hiss etdim. Sağa tərəf çevrildiyim zaman yetmiş və yaxud səksən yaşlı, halsız, əsalı, beli əyilmiş və çirklənmiş, köhnə geyimi ilə qoca bir kişinin skamyanın digər ucunda oturduğunu və bayaq mənim baxdığım həmin nöqtəyə baxdığını gördüm. Yorğun və bənizi solmuş bu qocanın gözləri göz yaşı yuvasına bənzəyirdi və üzündə bəlkə də göydəki ulduzların sayı qədər qırışlar var idi. Normalda skamyada kimsə yanımda oturduğu zaman , bu halı bəyənmədiyimdən qalxıb getməyi seçirdim. Lakin bu dəfə oturub onu izləməyi seçdim. Bir az dincəldikdən sonra ayağa qalxaraq skamyanın yanındakı zibil qabını əsası ilə qarışdırmağa başladı. "Hər halda yazıq yemək axtarır"-deyə düşündüm. Daha sonra zibil qabından soyuq çay və enerji içkilərinin qablarını götürərək cibindən çıxardığı paketə
Edebiyat
Amil Hüseynov
👍