Həsənzadə

Həsənzadə
@Arami_can
Danışığın çox gözəldir, bəs qəlbin? يَا مُقَلِّبَ الْقُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِك Ey qəlbləri çevirən Allahım, qəlbimi dinində sabit et.
🪽Təvəkkülün mənası budur: Çarəni görmürəm, sabah başıma nə gələcək xəbərim yoxdur amma dəqiq bildiyim bir şey var: Rəbbim mənimlədir. O mənə doğru yol göstərəcəkdir. (Əş-Şuəra, 62)
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
İnsanlar zənn edir ki, həyatlarında mövcud çətinlikləri hansısa sehirli bir əl gəlib onlar üçün onu həll edəcək. Şikayətlənməklə, əsəbləşməklə, üsyanla bunlar həll olmayacaq. Ağaclara bir bax, hər zaman bitdikləri torpaqda soyuğa, yağışa, qara, zülmətə, istiyə hər şeyə tab gətirib ömürləri boyunca öz vəzifələrini yetirirlər. Onların nə şikayətlənmək, yollarında sapmaq şansı var. Nə zaman ki, təslim olub, özünü tapacaqsan onda mənalı yaşayacaqsan, görmədiyin nemətlərin əlinin altında olduğunu görəcəksən...
“Allah olmadan həyat yoxdur.”
8/10
·128 syf.··
2025 15. kitabı
Bu kitab Tolstoyun 1870–1880-ci illərdə keçirdiyi dərin ruhi böhranın nəticəsi olaraq yazılıb. Həmin dövrdə Tolstoy artıq məşhur yazıçı idi, “Hərb və sülh”, “Anna Karenina” kimi əsərlərini yazmışdı. Amma buna baxmayaraq, həyatın mənası haqqında suallar onu çox narahat edirdi: Niyə yaşayırıq? Ölüm qarşısında həyatın mənası varmı? Elm, sərvət, şöhrət – bunlar nə dərəcədə dəyərlidir? Kitabda Tolstoy sanki öz ürəyini oxucuya açır. O, əvvəlcə inanclarını itirdiyini, hər şeyin mənasız göründüyünü danışır. Hətta intihar düşüncələri keçirdiyini etiraf edir. Sonra isə kəndlilərin sadə həyatına, onların səmimi imanına baxaraq, yenidən dini inanca yönəldiyini qeyd edir. Əsərin əsas mesajı budur ki, insan həyatının həqiqi mənası iman, mənəviyyat və Allahla bağ qurmaqda gizlidir. Tolstoy burada kilsənin formal qaydalarından çox, saf və səmimi imanı önə çəkir
EtirafLev Tolstoy · Parlaq İmzalar · 202429,3bin okunma
Ruhunu qorumaq, saf qalmaq insana əbədi dəyər qazandırır.
7/10
·258 syf.··
2025 16. kitabı
Əsərdə gənc, gözəl və cazibədar bir oğlan – Dorian Gray təsvir olunur. Onun portretini rəssam Basil çəkir. Lord Henry adlı bir dostu isə Dorianı həyatın həzzlərinə qapılmağa, gözəlliyin və gəncliyin ən ali dəyər olduğuna inandırır. Dorian arzulayır ki, özü həmişə gənc və gözəl qalsın, əvəzində portreti qocalıb dəyişsin. Bu arzu qəribə bir şəkildə gerçəkləşir: Dorian zahirdə gənc qalır, amma etdiyi günahların, pis əməllərin izləri yalnız portretində görünür. Gözəllik və gəncliyin faniliyi Əxlaq və vicdanın insan həyatındakı rolu Həzz və şəhvətpərəst həyatın sonu İnsanın daxili mənliyi ilə zahiri görünüşü arasındakı fərq. Oscar Wilde göstərmək istəyir ki, əbədi gənclik və gözəllik insanı xoşbəxt etmir. Əxlaqsız və vicdansız həyat insanın ruhunu məhv edir, nə qədər gizlədilsə də, bir gün bu həqiqət üzə çıxır. Bu kitabı oxuyan çoxları onu öz daxili dünyasına baxmaq üçün güzgü kimi qəbul edir.
Dorian Gray'in PortresiOscar Wilde · Türkiye İş Bankası Kültür Yayınları · 202399,3bin okunma

Həsənzadə

, bir kitap okudu
7/10
·258 syf.··
2025 16. kitabı
Oscar Wilde
8.2/10 · 99,3bin okunma