Arif Ma

Arif Ma
@Arif014
Ankara / Bilgisayar
4 okur puanı
Ekim 2025 tarihinde katıldı
Günahkar yerlərə məsum qar yağır, Utanır, əriyir qar, yerdə qalmır, Xəcalətlə düşür, hey ağır-ağır, Bürüyür onu da ar, yerdə qalmır, Çevrilir suya ki, yusun yer üzün, Bəlkə apara bu ləkənin izin, Sürünür yerlərdə dizin-bə-dizin, Qərar tuta bilmir, bir yerdə qalmır, Rəssamın çəkdiyi cizği kimidir, Üzü buz bağlayıb, güzgü kimidir, Bəzi ürəklərdə sevgi kimidir, Hər yerə yağsa da hər yerdə qalmır. Axund Azer
Reklam
O səs əsrlərdən gəlir elə bil O səs necə uzaq necə də titrək Əsir o qocanın ürəyi tir-tir Cavansa dinləyir gülümsəyərək. Qocanın çiynində bir əsrin yükü Qalıb əl çatmayan dünəndə həyat. Cavan saya salmır heç yeri-göyü, Əmri ilə dövr eləyir sanki kainat. Qocanın sözündə sönən bir çıraq Cavanın gözündə yanan bir günəş. Qoca elə bilir cavan olmayıb, Cavan eləbilir qocalmayacaq…
Edebiyat
Füzuli qəzəl
Canımı canan istəmiş, minnət canıma Can nədirki verməyim cananıma
Şiir