Mənə elə gəlir ki, ancaq amansız adamlar cəhənnəm ideyasını düşünüb ortaya çıxara bilərdilər. Normal insani duyğularla yaşayan kimsə, bu dünyada cinayət törədərək, istər əxlaqi, istərsə də hüquqi qınağa tuş olmuş birisinin, o biri dünyada, bağışlanmaq şansı olmadan, sonsuzlara kimi cəza almasını bəyənə bilməz. Mən inanmıram ki, xeyirxah insanlar haçansa, bu cəhənnəm ideyasını düzgün saysınlar.