Arzu Murad

Arzu Murad
@Arzu_Murad
ATU
9 Temmuz
3 okur puanı
Ocak 2019 tarihinde katıldı
Şu anda okuduğu kitap
Mənə elə gəlir ki, ancaq amansız adamlar cəhənnəm ideyasını düşünüb ortaya çıxara bilərdilər. Normal insani duyğularla yaşayan kimsə, bu dünyada cinayət törədərək, istər əxlaqi, istərsə də hüquqi qınağa tuş olmuş birisinin, o biri dünyada, bağışlanmaq şansı olmadan, sonsuzlara kimi cəza almasını bəyənə bilməz. Mən inanmıram ki, xeyirxah insanlar haçansa, bu cəhənnəm ideyasını düzgün saysınlar.
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Məsələn, nə üçün insanlar çox az fayda verən yüksək kalorili yeməkləri daha çox sevirlər? Bu gün rifah içində yaşayan cəmiyyətlər, inkişaf etməkdə olan ölkələrə də yayılan piylənmə xəstəliyindən əziyyət çəkir. Ovçu- toplayıcı əcdadlarımızın yemək vərdişlərini araşdırmadıqca bizim niyə şirin və yağlı yeməklərə üstünlük verməyimiz bir müəmma olaraq qalacaq. Əcdadlarımızın yaşadığı savannalarda və meşələrdə yüksək kalorili şirin qidalar nadir hallarda olurdu və ümumiyyətlə, yemək bol deyildi. 30 min il əvvəl yaşamış tipik bir ovçu- toplayıcının yalnız bir şirin qida əldə edə bilərdi: yetişmiş meyvələr. Əncir ağacına rast gələn bir Daş dövrü qadınının edəcəyi ən ağıllı hərəkət, o ətrafdakı babuin qrupu ağacı ələ keçirənə kimi, bu əncirlərdən mümkün qədər çox yemək idi. Yüksək kalorili yeməkləri tıxmaq bu səbəbdən genlərimizə hopub. Bu gün çoxmərtəbəli binalarda ağzına qədər dolu soyuducularla yaşaya bilərik, amma DNT-miz hələ də savannada yaşadığımızı zənn edir.
Məməlilərin əksəriyyəti ana bətnindən, sobadan çıxan saxsı qab kimi çıxar, onlara yenidən forma verməyə çalışmaq- onları zay etməklə, yaxud sındırmaqla nəticələnir. İnsanlar ana bətnindən, sobadan çıxan ərimiş şüşə kimi çıxarlar, onlara təəccüblü dərəcədə istənilən formanı vermək mümkündür. Buna görə də bu gün uşaqlarımızı xristian və ya buddist, kapitalist və ya sosialist, müharibə tərəfdarı və ya sülhsevər kimi böyüdə bilirik.
1000Kitap