Ateş BEY

Ateş BEY
@AtesKhan
Yaşamın ve çalışmanın temel amacı kişinin başlangıçta olmadığı kişi olmasıdır. Michel Foucault.
Doğrudan da, dəyərmiş yaşamağa !
Puan vermedi·308 syf.·
2024 1. kitabı
HƏRKƏSƏ SALAM Uzun müddət xarici ədəbiyyatın müxtəlif janrlarında bir çox əsər oxuduqdan sonra nəhayət ki, yerli yazıçılarımızın qələmindən əsərlər oxumaq qərarı aldım. Daha əvvəl oxuduğum kitabları belə, bu tətbiqi daha aktiv istifadə etmək qərarı aldığım üçün təkrarən oxuyub, maraqlı sitatlarını paylaşıb, oxumayanları da sövq etmək adına təhlillərini yazacam. İndi isə keçək dedektif romanlar müəllifi kimi tanınan yerli və milli yazarımız Elxan Elatlıya. Yazarın əsərlərinin arasında ən çox dedektif janrda olan romanlar yer alır. İlk baxışdan kriminal aləmin bütün dərinliklərini bilən, hüquqşünas peşəsi ilə məşğul olan biri kimi hava oyandırsa da, əslində yazar ixtisasca riyaziyyatçıdır. "BAKIDAN GƏLƏN XƏFİYYƏ" *Mövzu* : Əsərdə Rusiyada baş verən cinayət hadisəsinin araşdırılmasından bəhs olunur. Uzaq Sibirin şəhərlərindən birində yaşayan tanınmış yerli iş adamı və onun erməni sürücüsü qətlə yetirilir. Yerli sakinlər və orada yaşayan ermənilər bu hadisədə ev sahibi və digər azərbaycanlıları günahlandıraraq müxtəlif təxribatlar törədir. Bu təxribatların qarşını almaq üçün hadisənin araşdırılması qısa müddətdə başa çatmalıdır. Bu səbəbdən Rusiyadakı Azərbaycan səfirliyi Bakıdan tanınmış xəfiyyəni araşdırma üçün Rusiyaya çağırır. Əsərdə ana mövzu ilə birliktə əsas personajların həyat hekayələrinə də toxunulub. Həyat hekayələrində üstünlüyün qadınlara verilməsi və hər bir qadının kiçik yaşlardan zorakılığa məruz qalıb, təcavüz olunması gözümdən qaçmadı. Personajlar yazarın şüurualtında yaradılmış bir məhsul olsalar belə təəssüf ki, belə personajlar real həyatda da var. Yazarın istifadə etdiyi yazı üslubu sadə dildə yazılıb və oxuma alışqanlığı olmayan biri belə əsəri rahatlıqla oxuyub bitirə bilər. Əsas mövzunun yanında personajların hamısının həyat
Edebiyat Polisiye Roman
Bakıdan Gələn XəfiyyəElhan Elatlı · Teas Press Nəşriyyatı · 01,090 okunma
“Kötü bir anıyı unutmanın en iyi yolu güzel bir tanesiyle değişmektir.”
Resim çizmek sakinleştirir diyorlar ama ya kötü olursa düşüncesinin verdiği heyecan sadece bende olmuyordur umarım.
Kötülüğü aramaya gittiğimde bir kötülük bulamadım. İçime baktığımda benden kötüsünü bulamadım.
" Duydum ki unutmuşsun, gözlerimin rengini ".
İnsana bilavasitə daxildən gələn və get-gedə artan susuzluq hissi güclüdür, yoxsa çox istədiyin bir kitabın gətiriləcəyinin sevinci ?
Sayfa 183 - Təhsil