Havva Taghizada

Havva Taghizada
@Avai
Arkadaşın olmadığı zamanlarda kitaplar arkadaşın olsun.
Bu çox müəmmalıdır. Mənim kimi Balaca Şahzadəni sevənlər buna biganə qala bilməz. Bilmədiyimiz bir yerdə mövcud olub-olmadığını bilmədiyimiz bir qoyunun bir qızılgülü yeməsi bizim üçün önəmli bir şeydir... İndi göyə baxın və öz-özünüzdən soruşun: qoyun çiçəyi yeyib, ya yox? Onda hər şeyin necə dəyişdiyini görəcəksiniz... Heç bir yaşlı insan bunun bu qədər vacib olduğunu heç vaxt başa düşməyəcək!
Sayfa 109 - 3 Alma·Kitabı okudu
Kitap Alıntısı
Reklam
Hamının ulduzu var. Amma ulduzlar hər kəs üçün eyni mənanı ifadə etmir. Səyyahlar üçün ulduzlar bələdçidir. Digərləri üçün onlar, sadəcə, səmada kiçik işıqlardır. Alimlər üçün öyrənilməli göy cismidir. Tanıdığım bir iş adamı üçün onlar var-dövlət idi. Amma bütün ulduzlar səssizdir. Təkcə sənin üçün ulduzlar başqa bir məna ifadə edəcək...
Sayfa 103 - 3 Alma·Kitabı okudu
-Əhəmiyyətli olanlar gözlə görülənlər deyil. -Düzdür... -Mənim çiçəyim kimi. Əgər sevdiyin çiçək səmadakı bir ulduzda yaşayırsa, gecələr səmaya baxmaq insanı xoşbəxt edir. İnsana elə gəlir ki, bütün ulduzlar çiçəklənir.
Sayfa 102 - 3 Alma·Kitabı okudu
- Amma onlar axtardıqlarını bir çiçəkdə və ya bir qab suda tapa bilərlər. -Hə, düz deyirsən. -Amma gözlər kordur, ürəklə axtarmaq lazımdır.
Sayfa 95 - 3 Alma·Kitabı okudu
Sənin yaşadığın planetdə insanlar, - Balaca Şahzadə mənalı-mənalı danışmağa başladı, - bir bağda 5 min qızılgül yetişdirirlər, amma orada axtardıqlarını tapa bilmirlər.
Sayfa 95 - 3 Alma·Kitabı okudu
Reklam